Misirdə Nil çayında üzən gəmidə 33 turistdə koronavirus aşkarlanıb
Qahirə, 8 mart, AZƏRTAC
Misirdə Nil çayında üzən səyahət gəmisinin 33 sərnişinində koronavirus aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Səhiyyə naziri Hala Zayed məlumat verib.
Nazir qeyd edib ki, Asuandan Luksora səyahət edən turistlər arasında virusu Tayvan əsilli ABŞ vətəndaşı yayıb. Onun sözlərinə görə, qalan 11 sərnişinin koronavirus analizləri mənfi çıxıb.
O, əlavə edib ki, COVID-19 virusunun qarşısının alınması məqsədilə xaricdən 2500 avadanlıq gətirilib və onlar aeroportlara təqdim olunacaq. H.Zayed koronavirusa yoluxan turistlərin karantin altında olduğunu, gəminin isə dezinfeksiya edildiyini bildirib.
Bundan əvvəl isə gəminin göyərtəsində 12 nəfərin koronavirusa yoluxduğu qeyd olunmuşdu.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]