Misirdə “Sinovac” vaksininin istehsalına dair sazişlər imzalanıb
Qahirə, 22 aprel, AZƏRTAC
Misirin VACSERA farmasevtika firması ilə Çinin “Sinovac” biofarmasevtika şirkəti arasında COVID-19 əleyhinə “CoronoVac” vaksininin istehsalına dair iki saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, Qahirədə keçirilən imzalama mərasimində çıxış edən Misirin Baş naziri Mustafa Mədbuli tezliklə istehsalına başlanacaq vaksinin daxili tələbatı təmin etməklə yanaşı, Afrika və Yaxın Şərq ölkələrinə ixrac ediləcəyini də bildirib.
Misirin səhiyyə naziri Halə Zayid jurnalistlərə məlumat verib ki, birinci sazişdə “Sinovac” şirkəti Misir paytaxtında yerləşən farmasevtika zavoduna vaksinin istehsalı üzrə qaydaları təqdim edəcək və müvafiq avadanlıqlar göndərəcək. İkinci sənəddə isə Çin şirkətinin VACSERA-ya vaksinin istehsalı, qablaşdırılması üzrə lisenziya verəcəyi nəzərdə tutulur. Bundan başqa, çinli mütəxəssislər Misirdəki zavodun işçiləri üçün treninqlər təşkil edəcəklər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]