Misirdə ümummilli lider Heydər Əliyevin heykəli ziyarət edilib
Qahirə, 11 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev, Misirin Qəlyubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbdülzahir və vilayətin məsul şəxsləri, həmçinin bir neçə məktəbin şagirdlərinin iştirakı ilə Qəlyubiyyə vilayətinin Qanatır şəhərindəki “Azərbaycan” küçəsində açılmış Misir-Azərbaycan dostluq parkı ziyarət olunub.
Ziyarət iştirakçıları Misir-Azərbaycan dostluq parkında ucaldılan ümummilli lider Heydər Əliyevin heykəlinin qarşısına əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu haqqında iştirakçılara məlumat verən səfir Ş.Abdullayev, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə gördüyü işlər, həyata keçirdiyi siyasi, iqtisadi və sosial islahatlar barədə məlumat verib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi barədə yerli mətbuatda məqalələr dərc edilib.
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]