MİSİRDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILMIŞDIR
Müəllif qeyd edir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən iki il sonra Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtmış və bütün nəhəng iqtisadi qurumlar üçün neft sənayesinin qibləsinə çevrilmiş müasir Azərbaycan dövlətini yaratmışdır. Təkcə bunu demək kifayətdir ki, ümummilli lider Heydər Əliyevin və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin səyləri sayəsində Azərbaycanın neft və qaz bölməsinə indiyədək külli miqdarda xarici sərmayə qoyulmuşdur. Müəllif vurğulayır ki, 1994-cü il Misir-Azərbaycan siyasi və diplomatik münasibətləri tarixində həlledici rol oynamışdır. Həmin il BMT-nin Əhali və İnkişaf Fondunun Misirdə keçirilən Beynəlxalq Konfransında iştirak edən Prezident Heydər Əliyev Misir Prezidenti Hüsni Mübarəklə görüşmüşdür. Bu görüş ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına güclü təkan vermişdir.
Məqalədə bildirilir ki, Azərbaycanın ərəb və İslam dünyası ilə münasibətlərinin daha da möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin rolu misilsizdir.
Müəllif yazır: “Mən öz tərəfimdən Prezident İlham Əliyevin başçılıq etdiyi və firavan gələcək gözləyən bu ölkə ilə münasibətləri daha da yaxşılaşdırmağa çağırıram. İki xalqın oxşar adət-ənənələri var, Azərbaycanla münasibətləri dini və tarixi baxımdan bütün sahələrdə inkişaf etdirmək mümkündür. Gəlin, unutmayaq ki, mərhum Prezident Camal Əbdül Nasirin 1958-ci ildə Moskvaya, Daşkəndə və Bakıya səfəri zamanı onu müşayiət etmiş ən təcrübəli tərcüməçilər məhz azərbaycanlılar olmuş və mərhum Prezidentimizin bu səfərləri ilə bağlı çoxlu kitablar yazılmışdır”.