Misirdə Xeopsun piramidası yaxınlığında “qara arxeoloqlar” qədim sərdabə tapıblar
Bakı, 6 fevral, AZƏRTAC
Misirdə “qara arxeoloqlar” Giza piramidaları rayonunda naməlum sərdabə aşkarlayıblar. Həmin sərdabə yaxınlıqda yerləşən və 4,5 min ildən çox yaşı olan Xeops piramidasına aid ola bilər.
AZƏRTAC Misirin “Əl-Əhram” qəzetinə istinadla xəbər verir ki, cinayətkarlar gecə saatlarında məşhur piramidanın 30 metrliyində yerləşən evin daxilində qazıntı aparıblarmış. Polis artıq onları həbs edib. Misir Abidələri üzrə Nazirlik isə sensasiya doğuran tapıntının tədqiqinə başlayıb.
Əldə edilən məlumata əsasən, “qara arxeoloqlar” yaşayış evinin döşəməsində uzun dəhlizə və daş süxurunda oyulmuş bir neçə zala aparan quyu qazıblar. Həmin zalların birində daşdan yonulmuş kişi heykəlləri və saxsı qab aşkarlanıb. Alimlər həmin sərdabənin Misir tarixinin qədim dövrlərinə, ola bilsin ki, fironların 5-ci sülaləsinə (eramızdan əvvəl 2504-2347-ci illər) aid olduğunu ehtimal edirlər.
Qeyd edək ki, həmin rayonda yaşayış binalarının altında qədim tikililər və sərdabələr ola biləcəyi üçün hakimiyyət əhaliyə müstəqil qazıntı aparmağı qadağan edib. Ərazidə evlər sıx tikildiyindən arxeoloqlar da burada qazıntı apara bilmirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]