Misirdə yeni növ koronavirusdan ölənlərin sayı 118-ə yüksəlib
Qahirə, 10 aprel, AZƏRTAC
Misirdə koronavirusdan (COVID-19) ölənlərin sayı 118 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat katibi Xalid Meqahed qeyd edib ki, son bir sutkada xəstəlikdən rekord sayda insan - 15 nəfər dünyasını dəyişib. Həyatını itirənlərin 14-ü misirli, biri isə əcnəbidir.
X.Meqahed bildirib ki, aprelin 9-da ölkədə koronavirusa 139 yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 1699 nəfərə çatıb.
Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 43 pasiyent, o cümlədən bir əcnəbi müalicə olunaraq evə buraxılıb. İndiyədək 348 koronavirus xəstəsi tam sağalıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]