Misirin daha 3 tarixi mədəniyyət abidəsi İslam İrsi Siyahısına daxil edilib
Qahirə, 6 iyul, AZƏRTAC
Bu yaxınlarda Rabatda keçirilmiş İslam Dünyası İrsi Komitəsinin iclasında Misirin daha 3 tarixi mədəniyyət abidəsi - Təhrir meydanındakı Misir Muzeyi, Siva vadisindəki Şali yaşayış məskəni və əsaslı bərpa işlərindən sonra ötən il yenidən qapılarını ziyarətçilərə açmış Baron Empayn Sarayı İslam İrsi Siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Misirin Qədim Abidələr üzrə Ali Şurasının baş katibi Mustafa Vəziri məlumat verib. O diqqətə çatdırıb ki, iki il əvvəl Sohaq vilayətindəki Qırmızı monastır, Əl-Qəsr vadisi, Yeni Vadidə yerləşən Əl-Baxavat nekropolu və Qahirədəki Nil çayının suyunu ölçən qədim qüllə (“Raoudha Nilometre”) də İslam İrsi Siyahısına daxil edilib.
İslam Dünyası İrs Komitəsinin son iclasında bütün müsəlman ölkələrində yerləşən 58-ə yaxın tarixi-mədəniyyət abidəsi daimi maddi mədəni irs nümunəsi qismində siyahıya daxil edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]