Misli Premyer Liqası: "Qarabağ" "Araz-Naxçıvan"ı darmadağın edib
Bakı, 8 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Qarabağ" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edib. "Köhlən atlar" rəqibinə 6 cavabsız qolla qalib gəlib.
Ağdam təmsilçisinin heyətində Leandro Andrade və Kamilo Duran dubl ediblər, digər qolları isə Joni Montiel və Musa Qurbanlı vurub.
Bu nəticədən sonra xallarını 49-a çatdıran "Qarabağ" 2-ci pillədəki yerini qoruyub. "Araz-Naxçıvan" isə 33 xalla 5-cidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Karvan-Yevlax"la 1:1, "İmişli" isə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib. Tura martın 10-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]