Misli Premyer Liqası: “Qarabağ” inamlı qələbə ilə liderliyə yüksəlib
Bakı, 31 oktyabr, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında X tura start verilib.
AZƏRTAC xəbər verir ki, günün yeganə oyununda "Qarabağ" “İmişli” ilə qarşılaşıb. "Azərsun Arena"da keçirilən görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hər iki qol ikinci hissədə vurulub. Əvvəlcə 52-ci dəqiqədə Abdullah Zubir penalti zərbəsini dəqiq yerinə yetirib. Matçda son nöqtəni isə 82-ci dəqiqədə Emmanuel Addai vurub.
Bir oyun az keçirən “Qarabağ” bu qələbə ilə xallarını 20-yə çatdıraraq liderliyə yüksəlib. "İmişli" isə 12 xalla 8-ci sırada qalıb.
Qeyd edək ki, X turun matçları noyabrın 2-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]