Misli Premyer Liqası: “Qarabağ” “Sumqayıt”ı məğlub edib
Bakı, 21 noyabr, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, son çempion “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşıb. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam klubu 26 xalla turnir cədvəlinə başçılıq edir. Ev sahibi komanda isə 20 xalla 5-ci pillədədir.
Günün ilk görüşündə “Kəpəz” “Karvan-Yevlax”ı üstələyib - 2:1.
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [13:08]
“Araz-Naxçıvan” braziliyalı futbolçu ilə yollarını ayırıb
- 12.05.2026 [12:45]
Azərbaycan Kuboku: Final oyununa 7 mindən çox bilet satılıb
- 12.05.2026 [12:37]
Azərbaycanın bədii gimnastları Portuqaliyada iki qızıl medal qazanıblar
- 12.05.2026 [12:07]
“Qarabağ” fransalı futbolçu ilə anlaşıb? – KLUBDAN AÇIQLAMA
- 12.05.2026 [10:37]