Misli Premyer Liqası: XXIII tura Sumqayıtda start veriləcək
Bakı, 15 fevral, AZƏRTAC
Bu gün Misli Premyer Liqasında XXIII tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" və "Zirə" komandaları üz-üzə gələcəklər. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da başlayacaq.
Görüşün baş hakimi Kamal Umudlu olacaq.
39 xalı olan "Zirə" hazırda turnir cədvəlində üçüncü, 22 xala malik "Sumqayıt" isə yeddinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun digər qarşılaşmaları fevralın 16-da və 17-də oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]