Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mixail Qusman: Heydər Əliyev böyük şəxsiyyətlərə xas olan bütün keyfiyyətləri özündə cəmləşdirmişdi

Mixail Qusman: Heydər Əliyev böyük şəxsiyyətlərə xas olan bütün keyfiyyətləri özündə cəmləşdirmişdi

Moskva, 9 mart, AZƏRTAC

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman AZƏRTAC-a müsahibəsində Ümummilli Lider Heydər Əliyev haqqında xatirələrini bölüşüb, gənc nəslin formalaşmasında Heydər Əliyev şəxsiyyətinin rolu, bu dahi siyasi xadimlə birinci və sonuncu müsahibəsi barədə söhbət açıb.

-Mixail Solomonoviç, sizin yeniyetməlik və gənclik illəriniz o vaxt Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycanda keçib. 1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gələndən sonra şəxsən sizin həyatınızda və respublikanın həyatında nələr dəyişdi?

-Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında danışanda “lider” sözü mənim yaşıdım olan insanlara daha çox uyğun gəlir. Biz Heydər Əliyevin liderliyi illərində böyümüşük. Onun Azərbaycan KP MK-nın birinci katibi seçildiyi gün yadımdadır. Mənim 19 yaşım vardı. O vaxt hamı başa düşürdü ki, Azərbaycanda dəyişikliklərə ehtiyac var. Respublikaya kimin rəhbərlik edəcəyini bilən adamların əhatə dairəsi çox məhdud idi.

Sonradan, 2001-ci ildə Heydər Əliyev mənə lütfkarlıq göstərərək “Formula vlasti” proqramına müsahibə verərkən danışırdı ki, o vaxt SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropov onu dəvət edib və deyib ki, onu respublikada ən ali vəzifəyə irəli çəkmək fikri var. Heydər Əliyev bu təklifdən imtina etmişdi. Onun 46 yaşı vardı, bütün meyarlar üzrə çox cavan idi, hərçənd artıq general, respublika DTK-nın sədri idi. O, həmin təklifdən imtina edərək demişdi ki, öz gələcəyini güc orqanlarında görür. Heydər Əliyev özü deyirdi ki, özünü partiya işinə hazır hesab etmirdi. Cəmi bir neçə gündən sonra Yuri Andropov ona yenidən zəng vurub dedi ki, onu Brejnev çağırır, bu, çox böyük etimaddır, ölkə rəhbərliyi hesab edir ki, məhz Heydər Əliyev Azərbaycana rəhbərlik edə, respublikanın simasını yeniləşdirə, islahatlara başlaya bilər. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk günündən həyatın bütün sahələrində tamamilə yeni ab-hava hiss olunurdu. Respublika günbəgün dəyişirdi. Leonid İliç Brejnevin “Azərbaycan iri addımlarla irəliləyir” sözləri mübaliğə deyildi. Çünki o vaxt Azərbaycanın bütün sahələrdə - sosial, iqtisadi, mədəni sahələrdə götürdüyü sürəti heç nə ilə müqayisə etmək olmazdı. Mən dəfələrlə demişəm ki, Leonid İliç Brejnev Moldovaya, Ukraynaya, Qazaxıstana rəhbərlik edib lakin həmin respublikaların heç biri haqqında buna oxşar sözlər deməyib. Amma Azərbaycan haqqında deyib, çünki bu, mütləq həqiqət idi.

Mənim yaşıdım olan gənclər Azərbaycanla birlikdə böyüyüb. Heydər Əliyev bizim üçün sözdə deyil, qəlbən lider olub.

-“Formula vlasti” verilişi üçün sizin Heydər Əliyevlə məşhur müsahibəniz hamımızın yadındadır. Bu, onunla ilk şəxsi görüşünüz idi?

-Mən Bakıdakı 1 nömrəli məktəbdə oxuyurdum. Bizim məktəbdə qayda-qanuna riayət olunmasına nəzarət edən drujinaçı dəstələri vardı. Belə dəstələrdən birinin komandiri mən idim. Bir dəfə Bakıda məktəblilərin toplanışı keçirilirdi. O vaxt mən səkkizinci sinifdə oxuyurdum. Heydər Əliyev o vaxt DTK sədrinin müavini idi. İctimai asayişin qorunmasında fəal iştirakıma görə mənə fəxri fərman təqdim etdi. Heydər Əliyevin imzaladığı bu fərmanı indiyə qədər saxlayıram. Sonra, ondan müsahibə götürəndə bu fəxri fərmanı göstərdim, əlbəttə kameraya çəkilmədən. O dedi ki, səni daha nə iləsə təltif etmək lazımdır. Sonralar bu təltifi İlham Heydər oğlu reallaşdırdı. Azərbaycanın bir neçə dövlət təltifinə layiq görülməyimlə fəxr edirəm. 2001-ci ildə Heydər Əliyevlə tamdəyərli və məndən ötrü fövqəladə əhəmiyyətli söhbətimiz oldu. O vaxt biz bir saatdan çox danışmışdıq. Sonradan, material üzərində işləyərkən bu müsahibəni ixtisar etməli oldum, hərçənd başa düşürdüm ki, onun hər kəlməsi qızıla bərabərdir. Bu müsahibənin məndən ötrü faciəli davamı olub. İki ildən sonra mən yenə müsahibə götürmək xahişi ilə Heydər Əliyevə müraciət etdim, o da razılıq verdi. Müsahibə aprelin 22-nə təyin edilmişdi. 2003-cü il idi. Aprelin 21-də Heydər Əliyev indiki Heydər Əliyev sarayına (o vaxt “Respublika sarayı” adlanırdı), Cəmşid Naxçıvanski adına hərbi liseyin 30 illiyinə həsr edilmiş tədbirə gəldi. Bu məktəbi o özü yaratmışdı. Orada çıxış edərkən özünü pis hiss etdi, yıxıldı, lakin ayağa qalxaraq çıxışını davam etdirdi və vidalaşdı. Mən gözümü ekrandan çəkə bilmirdim. Bu, onun xalq qarşısında son çıxışı idi. Təbii ki, bizim müsahibə baş tutmadı. Ona görə 2001-ci ildə götürdüyüm birinci müsahibə mənim üçün çox dəyərlidir.

-Mixail Solomonoviç, siz tarixi Vətəninizdə - Azərbaycanda tez-tez olursunuz. Müasir Azərbaycan barədə təəssüratlarınız necədir?

-Heydər Əliyev Moskvadan Azərbaycana qayıdanda Respublika bərbad vəziyyətdə idi. O, Azərbaycan rəhbərliyinə qayıdanda ölkə xəzinəsi boş idi. Həmin illərdə ölkə iqtisadiyyatı ilə məşğul olan insanlar mənə söyləyirdilər ki, iqtisadiyyat yaman gündədir. Bəli, neft buruqları işləyirdi, lakin bu nefti haraya satmaq, hasilatı necə artırmaq lazım olduğu məlum deyildi. Ölkə Qarabağda ədalətsiz müharibənin vurduğu yaraları yenicə sağaltmağa başlamışdı. Öz doğma torpaqlarından qovulmuş bir milyon qaçqının faciəsi də göz qabağında idi. Bütün bunların müqabilində Heydər Əliyev ölkəni, necə deyərlər, sıfırdan başlayaraq yenidən yığmalı oldu. Mən hesab edirəm ki, müasir Azərbaycanın banisi və qurucusu məhz Heydər Əliyevdir. O, ölkənin sükanını İlham Heydər oğluna verdi. Bu, artıq formalaşmış, lakin iqtisadi baxımdan son dərəcə zəif, xarici aləmlə münasibətlərini təzə-təzə tənzimləyən ölkə idi. İlham Heydər oğlu respublikanın Prezidenti kimi, əsası Heydər Əliyev tərəfindən qurulmuş, onun memarlıq konstruksiyaları əsasında yeni ölkə qurmağa başlamalı oldu. Mənə belə gəlir ki, İlham Heydər oğlu bu vəzifənin öhdəsindən parlaq şəkildə gəlib. Azərbaycanın bugünkü uğurları, onun beynəlxalq aləmdə tanınması və əlbəttə, ən böyük nailiyyəti - 44 günlük müharibədə Qələbəsi, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin işğaldan azad edilməsi - bütün bunlar Heydər Əliyevin vəsiyyətlərinin yüksək dərəcədə uğurlu şəkildə reallaşması deməkdir.

-Siz məşhur “Formula vlasti” verilişinin müəllifi və aparıcısısınız. Bir çox dövlət başçıları sizin verilişin qəhrəmanları olub. Heydər Əliyevi necə xatırlayırsınız?

-Məndən ötrü Heydər Əliyev şəxsiyyət kimi vacibdir. 20 ildən çoxdur ki, mən hakimiyyətdə olan insanlardan soruşuram: hakimiyyət nə deməkdir? Hakimiyyətdə olan insanların fenomeni nədən ibarətdir? Taleyin qismətindən hakimiyyətin zirvəsinə çatmış 400-dən çox insan mənim müsahiblərim olub. Uzun illərdir ki, mənə bu qəhrəmanlar barədə suallar verirlər. Mən həmişə birincilər sırasında Heydər Əliyevin adını çəkirəm, çünki onun şəxsiyyəti heyrətamiz dərəcədə çoxcəhətlidir. Böyük şəxsiyyət, miqyaslı şəxsiyyət üçün zəruri olan bütün keyfiyyətlər onda cəmləşmişdi: sarsılmaz iradə, parlaq dərin zəka, fenomenal analitik təfəkkür, xüsusi duyum, eyni zamanda, cəlbedici olmaq, istənilən müsahibi heyran etmək və əsla qəddar olmadan son dərəcə sərt olmağı bacarmaq. İnanın ki, liderdə bu keyfiyyətlərin cəmləşməsi inanılmaz dərəcədə nadir haldır. Çox vaxt ölkə özü onun liderindən daha genişmiqyaslı, əhəmiyyətli olur, liderin şəxsi keyfiyyətləri ölkəyə rəhbərlik etməsi üçün çatışmır. Çox nadir hallarda buna əks vəziyyət yaranır - rəhbərin şəxsiyyətinin miqyası ölkənin miqyasından böyük olur. Azərbaycana münasibətdə Heydər Əliyev məhz belə insan idi. Hətta bilirəm ki, bir dəfə Amerika nümayəndə heyəti ilə söhbət zamanı Heydər Əliyev demişdi ki, o, Sovet İttifaqının dağılmasına imkan verməzdi, amma sonra əlavə etmişdi ki, ondan sonra İttifaq onsuz da dağılacaqdı. Onun mənə verdiyi müsahibəyə bu yaxında yenidən baxmışam. Bu müsahibəyə tez-tez qayıdıram, telefonuma yazmışam. Onun hər bir fikri qüsursuz, dəqiqdir. Böyük insan idi!

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır