Azərbaycan Dövlət İnformasiya Agentliyi

MODERNLƏŞMƏ XƏTTİ YENƏ DƏ GÜNDƏLİKDƏDİR (1)

Ramiz MEHDİYEV, 

Azərbaycan Respublikası Prezidentinin

İcra Aparatının rəhbəri, akademik

Müəllifdən

Bu məqaləni yazmaq ideyası birdən-birə yaranmamışdır. Mən dəfələrlə götür-qoy etdiyim məsələlər barədə fikirlərimi çoxdan söyləmək niyyətində idim. Açığını deyim ki, məni yazı masası arxasına keçməyə sövq edən bir neçə ay bundan əvvəl “Bakinski raboçi” və “Azərbaycan” qəzetlərində dərc edilmiş, respublikanın ictimai dairələrində geniş marağa səbəb olmuş və sonradan ayrıca kitab şəklində çap edilmiş “İnkişaf strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” adlı məqaləm oldu. Mən yerli və xarici oxuculardan bu məqalə barədə dəfələrlə həm tərifli rəylər, həm də mənim baxışlarımdan fərqli fikirlər eşitmişəm. Təbii ki, bir məqalə toxunmaq istədiyim aktual məsələlərin hamısını əhatə edə bilməzdi. Buna görə də əvvəlki məqalədə toxunduğum bəzi tezislərə yenidən qayıtmağı və ölkənin modernləşmə xətti kontekstində yeni məqamları müəyyənləşdirməyi zəruri hesab etdim.

* * *
Hər bir cəmiyyətin daxilindəki qarşılıqlı münasibətlər, ilk növbədə, nəsillərin dialoqudur. Yəni bəziləri nəyisə göstərməyə və sübut etməyə çalışır, digərləri isə bütün bunlara çox cüzi həvəslə və müəyyən qədər şübhə ilə yanaşırlar. Bu həyati aksiom həmişə bəşəriyyətin daha rasional gələcəyə doğru tarixi hərəkət prosesi ilə eyniləşdirilib və belə də olacaqdır. Bu aksiom əsrlər boyu xalqları və dövlətləri müşayiət edən, öz mahiyyətini dəyişməyən sosiumun daxilindəki əlaqələr kompleksinin rəmzidir. Yəni əgər keçmişin tarixi kontekstində fərd yeni sosiomədəni nümunələrin və bəzən də dinin təsirinə müqavimət göstərir, Avropada Reformasiya və Maarifçilik dövründə olduğu kimi, hər şeyi elmi cəhətdən izah etməyə çalışırdısa, yeni qlobal proseslər şəraitində o, sürətli dəyişikliklərin, yeniliklərin və innovasiyaların birləşdiricisinə çevrilir, arxaizmi şərtləndirən hər şeyin üstündən qələm çəkir. Bu gün insan sabahın formalaşmaqda olan mütərəqqi, səmərəli və çox vaxt ötəri gündəliyinin əsas elementi kimi çıxış edir, çünki tarixi prosesin sürəti əhəmiyyətli dərəcədə artmışdır.

Bütün Yer kürəsini əhatə etmiş və hər yerə sirayət edən və hər şeyi canına çəkən inteqrasiya prosesləri sosial gerçəkliyi dəyişən və cəmiyyəti başqa şəklə salan, kütləvi istehlak mədəniyyətini transformasiya edən yeni ünsiyyət və davranış formalarını, stereotipləri insanların şüuruna gizli şəkildə yeridir. Əvvəllər təbii və adət edilmiş sayılan hər şey indi, “qlobal kənd”, “elektron kottec”, “bazar stixiyasının hərc-mərcliyi” və “planetar xaosun təhdidləri” şəraitində köhnəlmiş və öz dövrünü başa vurmuş kimi görünür.

Lap yaxın dövrdə, təxminən 20 il əvvəl Sovet İttifaqının dağılması başa çatanda biz çətin təsəvvürümüzə gətirərdik ki, vur-tut on ildən sonra dünya bütünlüklə informasiya texnologiyaları vasitəsilə idarə ediləcəkdir. Şəffaf maliyyə sərhədləri dövründə bəşəriyyətin tərəqqisi, kapitalın hərəkəti üçün maneələrin olmaması, geosiyasi və geoiqtisadi şəraitin dəyişməsi inkişaf üçün yeni, lap yaxın vaxtlardakından əhəmiyyətli dərəcədə fərqlənən perspektivlər açmışdır. Bu prespektivlər həm də yeni nəslin dünyabaxışını formalaşdırmağa başlamışdır.

Gələcəkdə ən mühüm və məsul qərarları məhz “üçüncü dalğa” nəsli qəbul edəcək və dövlətimizin, cəmiyyətimizin taleyi bu qərarlardan asılı olacaqdır. Buna görə də Prezident İlham Əliyev XXI əsrin əvvəlində dövlət siyasətinin strategiyasını formalaşdırarkən sabah Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi inkişafının əsas inteqratoruna çevriləcək nəsil haqqında düşünür. Çünki qarşıdakı işlərin və layihələrin uğuru bu nəslin sabit, təhlükəsiz və firavan inkişafından asılıdır.

Siyasi elita həmişə dövlətin vəzifələrini proqnozlaşdıranda bunu hazırda cəmiyyətin ən fəal sosial qruplarından biri olan insanlarla bağlayır. Statistik məlumatlara görə, indi ölkəmizin 8 milyon 600 min nəfər əhalisinin 31 faizini gənclər təşkil edir. Onların arasında məktəblilər, tələbələr, orta biznes nümayəndələri, top-menecerlər və işlərində uğur qazanmış idarəçilər var. Tamamilə təbiidir ki, bu gənclərin arasında hələ öz həyat yolunu müəyyən etməyənlər də var. Lakin bütövlükdə, bu insanlar daim Azərbaycan dövlətinin sosial gerçəkliyinin mikro və makro mühitini formalaşdırır.

Azərbaycan xalqının keçdiyi tarixi proseslərdə gənclər həmişə mühüm element kimi çıxış etmişlər. 1988-1990-cı illərin xalq hərəkatı dövründə Azərbaycan gəncləri M.S.Qorbaçovun satqın siyasətinə qarşı çıxanların ön sıralarında olmuşlar. 1990-cı ilin yanvar ayında gənclərin on minlərlə nümayəndəsi Dağlıq Qarabağı dövlət səviyyəsində Azərbaycandan ayırmaq və onu Ermənistana vermək cəhdlərinə, SSRİ rəhbərliyinin Azərbaycan xalqına münasibətdə həyata keçirdiyi ədalətsiz və qərəzli siyasətə etiraz əlaməti olaraq Bakının küçə və meydanlarına çıxmışdı. Xeyli hissəsi ermənilərdən ibarət olan sovet qoşunlarının M.Qorbaçovun əmri ilə həyata keçirdiyi cəza tədbirləri nəticəsində 137 nəfər görünməmiş qəddarlıqla qətlə yetirilmiş, yüzlərlə günahsız insan yaralanmışdı. Bunlar əsasən məktəblilər, tələbələr, müxtəlif peşə sahibləri olan gənclər idi.

Onlarca gənc hazırda torpaqlarının 20 faizi qonşu Ermənistan tərəfindən işğal edilmiş ölkəmizin ərazi bütövlüyünü müdafiə edərkən ilk Milli Qəhrəman adına layiq görülmüşdür. Minlərlə azərbaycanlı gənc Azərbaycan torpağının hər qarışı uğrunda qəhrəmanlıqla vuruşmuş, onu erməni təcavüzkarlarından müdafiə etmişdir. Onlar İkinci Dünya müharibəsi illərində nasizmə qarşı döyüşən babalarının qəhrəmanlığını yaddan çıxarmamışdılar. 1994-cü ilin oktyabr günlərində və 1995-ci ilin mart gecəsində məhz gənclər dövlət suverenliyini və asayişi qorumaq üçün birinci olaraq ayağa qalxmış, bəzi xarici qüvvələrin təsiri altında dövlətimizi başqalarının əlində oyuncağa, itaətkar alətə çevirməyə ümid bəsləyənlərə qarşı çıxmışdılar.

Tarixi analogiyalar həmişə eyni olmasa da, onlarda çox vaxt nümunə götürməli ideal olur. Bu ideal hər dəfə dəyişməz bir həqiqəti ifadə etmişdir - Azərbaycan gəncləri həmişə dövlətçiliyin dayağı olmuşdur və olaraq qalır.

Mən bu məqalə vasitəsilə indi Azərbaycanın hər bir vətəndaşını və təbii ki, Azərbaycan gənclərini də narahat edən bəzi məsələlərə toxunmağa çalışacağam. Mən bu söhbətin məsuliyyətini dərindən dərk edirəm, çünki intellektual baxımdan hazırlıqlı insanlarla söhbət etməli olacağam. Üstəlik, əminəm ki, söhbət kütləvi informasiya vasitələri səhifələrində getsə belə, açıq və səmimi danışmağın vaxtı çatmışdır. Başa düşmək vacibdir ki, biz məsul qərarlar və taleyüklü dəyişikliklər dövründə yaşayırıq. Buna görə də cəmiyyətin qarşısında duran mürəkkəb məsələlərin uğurlu həlli hər bir gəncin səmərəli dövlətçilik quruculuğu prosesinə necə və nə şəkildə cəlb edilməsindən asılı olacaqdır. Axı, biz özümüzü dünyada şiddətlənən “siyasi burulğanlardan” Çin səddi ilə ayıra bilmərik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub