Azərbaycan Dövlət İnformasiya Agentliyi

MODERNLƏŞMƏ XƏTTİ YENƏ DƏ GÜNDƏLİKDƏDİR (3)

YENİ NƏSLİ FORMALAŞDIRARKƏN  

“Gənc nəslin tərbiyəsi hər bir ölkə üçün ən vacib məsələdir, çünki onun gələcəyi, taleyi bugünkü gənclikdən asılıdır”.

                                                            İlham ƏLİYEV

 

Siyasi sistem o halda uğurlu fəaliyyət göstərir ki, böyüməkdə olan nəslin cəmiyyətin həyatında qurucu rolunu tam şəkildə nəzərə alsın. Prezident Heydər Əliyev cəmiyyətin ən fəal təbəqəsinin dövlət quruculuğuna cəlb olunmasının zəruriliyini dərindən dərk edirdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması dövlətin gənclər siyasətinin mahiyyətini müəyyən etmiş oldu. Qeyd etməyə dəyər ki, postsovet respublikaları arasında gənclərlə bağlı məsələlərin Azərbaycandakı kimi nazirlik səviyyəsində həll edildiyi, gənclərin intellektual, yaradıcı, mədəni və fiziki inkişafına dövlətin daim, fəal və məqsədyönlü diqqət yetirdiyi dövlətlər çox azdır. Beləliklə, Azərbaycanda gənclərin fəaliyyəti üçün zəruri mühitin formalaşdırılması, gənclərin inkişafının, strukturlaşdırılmasının təmin edilməsi, asudə vaxtının və zəruri yaradıcılıq şəraitinin təşkili dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. “Gənclər bizim gələcəyimizdir” - 1996-cı ildə Azərbaycan gənclərinin I forumunda Heydər Əliyevin proqram tezisi kimi səsləndirdiyi bu sözlər uzun illərə hesablanmış siyasətin leytmotivi olmuşdur.

Bugünkü Azərbaycan gəncliyi yeni idarəçilər, mədəniyyət nümayəndələri nəsli, dünya birinciliyində lider mövqeləri təmin etmiş onlarca idmançı deməkdir. Bu nəsil gələcəkdə dövlətimizin suverenliyinə görə, cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsinə, sonrakı nəsillər üçün zəruri şərait formalaşdırılmasına görə məsuliyyət daşıyacaqdır. Azərbaycan böyük imkanları olan bir ölkədir və Azərbaycan gəncləri qarşısında dövlətin bu potensialından tam həcmdə istifadə etmək vəzifəsi durur.

Son illərdə dövlətin intensiv iqtisadi inkişafı gənclər arasında işsizlik probleminin həllinə zəmin yaratmışdır. İpoteka Fondunun yaradılması gənc ailələr üçün mənzil məsələsinin həllini asanlaşdırmışdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının formalaşması dövlətin həyatında üçüncü sektorun fəallaşdırılmasına yönəlmiş sosial layihələrin həyata keçirilməsində gənclərin iştirakını təmin edir. Bununla yanaşı, 5000 gəncin xaricdə təhsil alması barədə Prezident İlham Əliyevin qərarı ən yeni ixtisaslar üzrə ali təhsil almaq imkanlarını genişləndirir, gənclərin ümumi intellektual səviyyəsini yüksəldir, yeni dünyagörüşü mühiti formalaşdırır, yeni top-menecerlərin inkişafı üçün təməl yaradır.

Prezident İlham Əliyev yeni idarəçilər üçün zəruri bazis yaratmaq, ölkəni müasir dünya nizamı kateqoriyaları ilə düşünməyə qadir olan, dövlətin mənafelərini qorumağı bacaran kadrlarla təmin etmək vəzifəsini qarşıya qoymuşdur. Sadə dildə desək, əgər biz hamımız eyni bir təyyarədə uçmalı olsaq, pilotu onun sosial və ya maddi statusuna görə deyil, təyyarəni idarə etmək bacarığına görə seçməliyik. Deməli, bizə təşəbbüskar, intellektual, kreativ (yaradıcı) və həqiqi vətənpərvər insanlar lazımdır. Bu strateji məqsəd üç əsas amilə söykənir: modernləşmə xəttinin uğurunu təmin etmək cəhdi, siyasi təsisatları və ənənələri möhkəmlətmək və intensiv qərbləşmə və qloballaşma şəraitində milli mənlik şüurunu qoruyub saxlamaq. Biz yaddan çıxarmamalıyıq ki, öz kökündən məhrum olmuş xalq yalnız instinktlər və ehtiraslarla yaşayır.

Sosiumun əsas elementi olan gənclik demokratikləşmə prosesinin mühüm tərkib hissəsidir, cəmiyyətin şəffaflığının fəal inteqratoru kimi çıxış edir. Lakin təəssüflə deməliyik ki, bəzən ayrı-ayrı siyasi qruplar gənclərin sadəlövhlüyündən və ya təcrübəsizliyindən sui-istifadə etməyə çalışır. Gənclik ictimai iradənin carçısına, müsbət sosial dəyişikliklərin carçısına çevriləndə, demokratik transformasiyanın mühüm elementi kimi çıxış edəndə isə tamam başqa vəziyyət yaranır. Ancaq gənclərdən müxtəlif korporativ mənafelərin reallaşdırılması və ya dağıdıcı məqsədlər üçün istifadə edilməsi tamamilə yolverilməzdir.

2005-ci ildə bir sıra postsovet dövlətləri “rəngli transformasiyalar” dövrünü yaşadığı vaxtda “Otpor”, “Pora” və “Kmara” kimi təşkilatların təcrübəsi Azərbaycanda da buna oxşar “məxməri inqilab” etmək ümidi ilə yaşayanlar üçün ilham mənbəyinə çevrilmişdi. Ölkədə vəzifəsi yalnız xarici məsləhətçilərin və sponsorların iradəsini ifadə etmək və reallaşdırmaqdan ibarət olan müxtəlif kliyentalist gənclər təşkilatları yaradılmağa başlandı. Cin Şarpın “dinc inqilabın incili” adını almış “Diktaturadan demokratiyaya doğru” kitabını stolüstü vəsaitə çevirən həmin təşkilatlar Azərbaycan gənclərinin nümayəndələrini demokratiyanın bərqərar olması üçün sınaqdan çıxmış yol kimi təqdim edilən çox şübhəli ideyaları reallaşdırmaq naminə qarşıdurmaya cəlb etməyə çalışırdılar. “Rəngli ssenarilərin” müəllifləri sadəcə olaraq bir həqiqəti anlaya bilmirdilər ki, Qərb cəmiyyətləri təmsilçi demokratiyanın disfunksiyalarının aradan qaldırılması, demokratik təsisatların postindustrial dövrün reallıqlarına uyğunlaşdırılması problemini onilliklər boyu formalaşmış ənənələrə və toplanmış təcrübəyə əsaslanaraq həll edirlər. Cənub və Şərq cəmiyyətləri isə özlərinin şəraitinə və demokratik praktika ənənələrinə uyğun olan, təkamül tipli demokratik dəyişikliklərin formalarını sarsıntısız və fəlakətli dağıntılarsız “mənimsəmək” kimi çox çətin bir prosesdən keçməlidir. Başqa milli mühitdə yetişdirilmiş “demokratikləşmə” modelini yamsılamaq cəhdlərinin heç bir əsası yoxdur və deməli, səhvdir. “İdeyalar ixracı” “inqilab ixracı”na oxşayır. Keçmişin təcrübəsindən bilirik ki, Sovet İttifaqının rəhbərliyinin sosialist inqilabını ərəb dünyasına və Afrika qitəsinə “ixrac etmək” cəhdləri uğursuzluqla nəticələnmişdi, hərçənd, bunun üçün milyardlarla Amerika dolları xərclənmişdi. Hər bir, o cümlədən mütərrəqi ideyanı həyata keçirərkən cəmiyyətin arzuedilən vəziyyətini deyil, hökmən real vəziyyətini nəzərə almaq lazımdır.

Eyni zamanda unutmaq olmaz ki, milli demokratik tranzitin bənzərsizliyi onun heç də ənənəvi cəmiyyətlər kateqoriyasına aid olmayan bir ölkədə həyata keçirilməsindədir. Sovet dövründə Azərbaycan urbanizasiyanın və əhalinin təhsilinin nisbətən yüksək səviyyədə olduğu sənaye ölkəsinə çevrilmişdi. Bu illər ərzində gələcəkdə Azərbaycan cəmiyyətinin demokratikləşməsinin mədəni zəminini təmin etməyə imkan vermiş tamamilə yeni amillər formalaşmışdı. Təbii ki, bu məsələdə ölkənin sivilizasiyalı Avropa məkanı ilə əlaqələri də az rol oynamamışdı. Azərbaycan mentalitetinin arxetiplərində ta qədimdən, bir-birini qarşılıqlı surətdə tamamlayan Şərq və Qərb mühitinə müvafiq formada olsa da, azadlıq idealları olmuşdur. “Azadfikirliliyə doğru broun hərəkəti”nin əsası olmuş “Qorbaçov dəyişiklikləri” dövründə bu ideallar Dağlıq Qarabağ məsələsində ədalətin bərqərar olması ideyalarının təcəssümünə çevrilmişdi. Dağlıq Qarabağın Ermənistanın xeyrinə Azərbaycandan qoparılmasının qarşısını almaq cəhdi 1988-1989-cu illərdə xalq hərəkatının başlıca ideyası, onun hərəkətverici qüvvəsi idi. Xalq kütlələri arasında dolaşan milli müstəqillik ideyası 1990-cı ilin yanvar hadisələrindən sonra insanların şüuruna hakim kəsildi, milli müstəqillik və dövlət müstəqilliyi uğrunda mübarizədə əsas məqsədə çevrildi. Məhz elə bu ideallar kəşməkəşli 1993-cü ildə, ölkə təkcə erməni separatizmi təhlükəsi ilə deyil, həm də daxili parçalanma təhlükəsi ilə üzləşdiyi bir dövrdə dövlətçiliyin və müstəqilliyin qorunub saxlanmasına çalışanları ruhlandırırdı. Həmin dövrdə siyasi təşkilatların, ictimai hərəkatların geniş spektrinin yaranması demokratik şüurun və vətəndaş şüurunun inkişafı üçün ilkin şəraitin olduğunu göstərirdi.

Azərbaycanda yaradılmış təmsilçi demokratiya özünü hörmətdən salmış və dağılmış sovet rejiminin yeganə mümkün alternativi oldu. Tamamilə təbiidir ki, bu demokratiyanın konkret formaları daha çox inkişaf etmiş cəmiyyətlərdən əxz edilmişdi. Lakin biz başqalarının təcrübəsini kor-koranə yamsılamırdıq. Biz demokratiyanın “qərb” nümunələrini mənimsəməklə, demokratikləşmənin ümumdünya tarixi təcrübəsinə tam uyğun şəkildə fəaliyyət göstərirdik. Bu proses dünyanın hər yerində xarici təcrübənin tənqidi şəkildə dərk edilməsi ilə müşayiət olunmuşdur. Əxzetmə və mənimsəmə heç yerdə “standartın”, daha dəqiq desək, “qəlibin” sadəcə köçürülməsindən ibarət olmamışdır. Bu, Azərbaycanda da belə deyildir.

Bizim dövlət müstəqilliyimizi elan etməyimizin və avtarkiyalı (qapalı) sovet cəmiyyətinin siyasi sistemindən imtina etməyimizin bu yaxınlarda 17 ili tamam olacaqdır. İndi Azərbaycanda kommunizm dövrünün ideya və baxışlarının yabançı olduğu nəsil böyüyür. Bu müddət ərzində müstəqilliyin ilk illərinə xas olan transformasiya çətinliklərini və dərin sosial sarsıntıları görməmiş gəncliyin bütöv bir nəsli formalaşmışdır. Lakin tarixi unutmamaq, olub-keçənlərin hamısını bilmək və qiymətləndirmək son dərəcə vacibdir, çünki tarixin başa düşülməsi keçmiş səhvlərin təkrarlanmasının qarşısını almağa təminat verir.

Müasir Azərbaycan modernləşməkdə olan demokratik transformasiya, açıq iqtisadiyyat və vətəndaş azadlığı məkanıdır. Şərq ilə Qərb arasında körpü olan Azərbaycan təkcə sivilizasiyaların qovuşuğu deyil, həm də mühüm geosiyasi və geoiqtisadi amildir. Bütün bunlar istər regionda, istərsə də onun hüdudlarından kənarda bizə olan münasibəti müəyyənləşdirir. Biz başa düşməliyik ki, coğrafi determinizm qanunları çox vaxt qarşılıqlı münasibətləri şərtləndirir və heç vaxt unutmamalıyıq ki, “həqiqi düşmənlər olmadan, həqiqi dostlar da yoxdur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub