Azərbaycan Dövlət İnformasiya Agentliyi

MODERNLƏŞMƏ XƏTTİ YENƏ DƏ GÜNDƏLİKDƏDİR (5)

Son söz əvəzi: ideologiya, yoxsa ideya?

 

“Şəxsi azadlıq kimi, şəxsi məsuliyyət də kapitalizmin ayrılmaz xassəsidir”.

Y.NORBERQ

Con Helbreyt yazır: “Tələb edilən bütün dəyişikliklər, o cümlədən hərbi və xarici siyasətin formalaşmasının əsasını təşkil edən baxışların dəyişməsi daxili hisslər və əqli maraqlar sahəsinə toxunur” (Дж. Гелбрейт. “Новое постиндустриальное общество”. М., 2007, с. 539). Postindustrial dövrü uzun illər boyu ideologiya adlandırdığımız kateqoriyanın anlaşılmasına öz düzəlişlərini etmişdir. Sovet totalitarizmi illərini həyatının son günlərinə qədər dövlətin və insanların bütün fəaliyyətini tənzimləyən ideologiyasız təsəvvür etmək mümkün deyildir. “Qorbaçov islahatları” dövründə ideologiya şahidi olduğumuz bütün mənfi halların rəmzinə çevrilməyə, kommunizmi nə isə xalqa zidd, antidemokratik, sağlam insan düşüncəsinə kökündən zidd bir anlayış kimi təcəssüm etdirməyə başladı. Sonradan “demokratların” və populistlərin “kəraməti ilə” “ideologiya” sözü tezliklə dəbdən düşdü və artıq bu sözün işlədilməsi kimin nəyə üstünlük verməsindən asılı olaraq arxaizm və ya tarixilik kimi qəbul edilirdi. İdeologiya keçmişi, heç kəsin bir daha qayıtmaq istəmədiyi keçmişi xatırlatmağa başladı. Adamların çoxu fikirləşmirdi ki, bu və ya digər ideologiya özlüyündə çox nadir hallarda bütöv bir dövlətin dağılmasına, yaxud xalqların dilənçi vəziyyətinə salınmasına yönəlmiş ideya və ya baxışları təcəssüm etdirir. Onu da yada salmırdılar ki, mahiyyət etibarilə həqiqi kommunist ideologiyası yalnız ümumi həmrəyliyi və imkanların bərabər bölüşdürülməsini təbliğ edirdi. Lakin Sovet İttifaqında müəyyən obyektiv və subyektiv amillər üzündən kommunizm ölkənin tənəzzülünün, dağılmasının, mənasız geosiyasi rəqabətin, bir-birini məhv edən etnik-milli münaqişələrin təcəssümünə çevrilmişdi. Beləliklə, “ideologiya” termini keçmiş sovet vətəndaşının nəzərində dövlətin səmərəli inkişafının antitezasına çevrilmişdir.

“Soyuq müharibə”nin başa çatması elmi və siyasi ədəbiyyatda, o cümlədən Qərb ölkələrində aparılan araşdırmalarda ideologiyanın “mövqelərini” transformasiya etdi. Siyasi partiyaları səciyyələndirəndə isə ideoloji konsept, ümumiyyətlə nəzərə alınmırdı. Lakin bu, o demək deyil ki, bizim yaşadığımız dünyada ideoloji mübarizə keçmişdə qalmış, müxtəlif ideyalar arasında mübarizəyə son qoyulmişdir, dünyagörüşləri, sosial ideallar, ictimai-siyasi ideyalar arasında toqquşma yoxdur. Əksinə, bütün bunlar əvvəllər olduğu kimi, hər saat və hər gün insanların şüurunu narahat edir. Bəzən biz bunu hiss etmirik və yaxud buna əhəmiyyət vermirik. Hər halda, biz əvvəlki kimi, yenə də “ideoloji erada” yaşayırıq. Başa düşəndə ki, sosial baxımdan yekcins olmayan cəmiyyətdə ideal xarakterli hər hansı motivlər bu və ya digər formada həmişə mühüm konkret ideya və maraqları ifadə edir, dərhal ideologiyanın mahiyyəti barədə mübahisə başlanır. İdeologiya özü isə insanların böyük sosial qruplarının ideya və məqsədlərinin, maraqlarının, istəklərinin, niyyətlərinin, motivlərinin, sosial ideallarının az və ya çox dərəcədə sistemləşdirilmiş ifadəsi kimi çıxış edir. “İdeologiya” və “ictimai şüurun formaları” anlayışları qarşılıqlı surətdə çulğaşır, hərçənd tamamilə üst-üstə düşmür. İdeologiya mənəvi fəaliyyətin çox mürəkkəb, dəfələrlə dəyişikliklərə məruz qalmış formasıdır. Buna görə də çox vaxt “ideologiya” anlayışının özünün mürəkkəb olmasından şikayətlənirlər. “İdrak sosiologiyası”nın görkəmli nümayəndələrindən biri sayılan İrvinq L.Qorovits yazır: “Sosial araşdırmalar lüğətində ideologiya sözü qədər mübahisəli və eyni zamanda, onun qədər təsirli cəmi bir neçə söz var...”.

Fəlsəfə üzrə ümumdünya ensiklopediyasında deyilir: “İdeologiya anlayışı vasitəsilə adətən ideyalar, miflər, əfsanələr, siyasi şüarlar, partiyaların proqram sənədləri, fəlsəfi konsepsiyalar məcmusu göstərilir; mahiyyət etibarilə dini xarakter daşımayan ideologiya müəyyən qaydada dərk olunmuş və ya “quraşdırılmış” reallıqdan çıxış edir, o, insanın praktik maraqlarına istiqamətlənmişdir və insanların şüuruna təsir göstərmək yolu ilə onlarla manipulyasiya etmək və onları idarə etmək məqsədi daşıyır” (Bax: “Всемирная энциклопедия по философии”. M., 2001, c.386).

“İdeologiya ” və “ideya” anlayışları arasında fərq var. Bunlardan ikincisi birincisi üçün bir növ müqəddimədir. İdeya insanların böyük sosial qruplarının zəkasına hakim kəsildikdə onların məqsəd və maraqlarının reallaşdırılmasında güclü alətə çevrilir. Fəlsəfə üzrə ümumdünya ensiklopediyasında göstərilir: “İdeya müxtəlif fəlsəfi sistemlərdə ruhun (biliyin) ən çox inkişaf etmiş formalarını göstərmək üçün geniş istifadə edilən anlayışdır” (Bax: “Всемирная энциклопедия по философии”. M., 2001, c.388). O, insan idrakının əsas formalarından biri hesab edilir. Kant fəlsəfəsində ideya zəkanın elə bir anlayışıdır ki, təcrübədə ona müvafiq olan heç nə yoxdur. İdeyalar, hissi təcrübənin hüquqlarından kənara çıxmaq cəhdləri nəticəsində yaranır və Kant onlara idraka məqsəd verən prinsiplər kimi baxır. Hegelə görə mütləq ideya biliyin inkişafının ən yüksək nöqtəsi olub, biliyin bütün əvvəlki formalarını əhatə edir və buna görə də ən ali obyektiv həqiqətdir, burada təfəkkür ilə reallıq üst-üstə düşür (bax, yenə orada).

Geosiyasi oriyentirlərin dəyişməsi nəticəsində transformasiya cəmiyyətlərində kommunizmin ideoloji baxışlarını inkişaf etmiş cəmiyyətlərin Qərbdə işlənib hazırlanmış və sürətlə tətbiq edilən ideoloji konsepsiyaları - konservatizm, liberalizm, sosial-demokratiya, onların ən yeni versiyaları və birləşmələri əvəzləməyə başladı. Bəzi cəmiyyətlərdə həmin konsepsiyalar asanlıqla mənimsənilir, digərlərində isə ictimai, siyasi və iqtisadi zəmin tapmayaraq, bu və ya digər sosiumun ənənəvi qaydalarına müvafiq olaraq əriyib itirdi. Hətta belə fikirlər də yaranmağa başlamışdı ki, Qərbin ideoloji konseptləri ənənəvi cəmiyyətlərə yabançıdır və bu cəmiyyətlər yalnız özlərinin xüsusi, ənənəvi inkişaf yolları əsasında tərəqqi edəcəkdir.

Bizdə isə Azərbaycan mühiti üçün hələ də yabançı olan sosial-demokratik, konservativ və liberal ideyaları dərhal milli siyasi məkanda tətbiq etməyə cəhd göstərməyə başladılar. Lakin təcrübədə çox tez aydın oldu ki, dağılmaq həddinə çatmaq, iqtisadiyyatında durğunluq hökm sürən, siyasi hərc-mərcilik şəraitində olan dövlət üçün idxal edilən ideoloji konsept barədə müəyyən qərara gəlmək çətindir, xüsusən ona görə ki, bu dövlət özünün çox uğursuz ideoloji zorakılıq təcrübəsindən yenicə ayrılmışdır. Bu və ya digər ideoloji konsepsiyanın milli məkanda işləyə bilməsi, Azərbaycanda bu və ya başqa konseptlərin və ideyaların tətbiq edilməsinə minimum imkan yaranması üçün illərlə vaxt lazım idi. Bununla yanaşı, siyasi və iqtisadi təsisatların inkişafı, demokratik ənənələrə və normalara müvafiq ictimai şüurun formalaşması, iqtisadi strukturun liberallaşması, siyasi konfiqurasiyanın dəyişməsi üçün vaxt tələb olunurdu. Geosiyasi və geoiqtisadi baxımdan mühüm layihələrin işə düşməsi, müvafiq sosial tədbirlərin həyata keçirilməsi, ictimai prioritetlərə yenidən qiymət verilməsi, ölkənin rahat nəfəs ala bilməsi üçün illərlə vaxt lazım idi. Bir sözlə, postsovet keçid dövrünün transformasiya çətinliklərini aradan qaldırmaq və milli inkişafın ideoloji konseptini müəyyən etmək üçün yorulmaq bilmədən çalışmaq, yuxusuz gecələr keçirmək tələb olunurdu.

Bu gün, bu yolun çox hissəsi keçiləndən sonra geriyə baxanda, cəsarətlə deyə bilərik ki, görülmüş işlər gələcək nəsillərə mənsubdur. Bununla bərabər, bir mühüm və unudulmaz həqiqəti vurğulamaq lazımdır ki, bütün bunlar bir nəfərin - milli ideyanın mahiyyətini həmişə Vətənə xidmətdə görən Heydər Əliyevin əməyinin bəhrəsidir. Əsasını onun qoyduğu, eyni zamanda, həm ideyanı, həm də ideologiyanı özündə cəmləşdirən azərbaycançılıq fəlsəfəsi millətin və dövlətin perspektiv inkişafının dəyişməz konsepsiyası kimi, Azərbaycanın sosial-siyasi və iqtisadi modernləşməsinin eyniləşdirilməsidir. O, milli inkişafın mədəni-tarixi təbəqəsi olmaqla, strateji inkişafın əsas yollarını və istiqamətlərini müəyyənləşdirir, milli dilimizin sarsılmazlığında, milli mədəniyyətin üstün rolunda və milli dəyərlərin sanbalında öz əksini tapır. Bütün bunlar həm regional, həm də qlobal xarakterli vəziyyətlərdə ölkənin dəyişməkdə olan rolunu başa düşməklə formalaşan milli ideoloji model kompleksini təcəssüm etdirir.

İdeyanı zaman doğurur, ideologiya isə zəkanın məhsuludur. Qərbin bu və ya digər ideoloji konsepsiyasının Azərbaycanda imkanlarını və onların perspektivlərini təhlil etmək bu məqalənin mövzusu deyildir. Lakin bu məsələyə toxunduqda getdikcə daha aşkar görünür ki, bizim məqsədimiz güclü, daha dəqiq desək, sabit və davamlı hakimiyyəti olan, öz vətəndaşlarının hüquq və azadlıqlarını əsas tutan, öz tarixi köklərinə və ənənələrinə ciddi əhəmiyyət verən və azad bazar münasibətlərinin inkişafını, qarşılıqlı iqtisadi münasibətlərin şəffaflığını özünün öncül vəzifəsi kimi müəyyən edən dövlət qurmaqdan ibarətdir. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş bu məqsədlər indi də səmərəli dövlətçilik qurulması vəzifəsini əks etdirir. Biz bu istiqamətdə tələsmədən hərəkət edirik, çünki hər bir addımımız ölçülüb-biçilmişdir. Biz dəqiq başa düşürük ki, bu dövlət üçün, bu quruluş üçün, suverenlik və müstəqillik üçün, hər bir vətəndaşımız üçün məsuliyyət daşıyırıq və bu sarsılmaz həqiqətin başa düşülməsi bizim iqtisadi sistemi dəqiq işləyən, tarazlaşmış açıq cəmiyyət və demokratik dövlət qurmaq istiqamətində daha böyük inamla hərəkət etmək üçün bizə güc verir.

“İnqilabi sərvət” şəraitində (Elvin Toffler/Haydi Toffler) şəxsiyyətin rolu, ideoloji konseptlərin və baxışların şəxsiyyətə təsiri mahiyyətcə dəyişir. İndi, kütləvi informasiya vasitələrinin öz yerlərini bloqlara verdiyi, biznes əməliyyatlarının internet vasitəsilə həyata keçirildiyi, videorabitə ilə eyni vaxtda nəinki kompyuterlə, hətta telefon vasitəsilə çoxlu sayda insanla ünsiyyət saxlamaq mümkün olduğu bir zəmanədə belə bir sual yaranır: “qlobal nizamsızlıq ideologiyası” nə deməkdir? Əgər bu, bir qaydadırsa, həmin qayda nədən ibarətdir və orada ideologiyaya yer varmı? Müasir dünyada ideologiyanı, onun məzmununu və insanların şüuruna uğurla tətbiq edilməsini formalaşdıran məhz informasiya-kommunikasiya texnologiyalarıdır. Hazırda informasiya texnologiyalarının həyatımızı nə dərəcədə əhatə etdiyini göstərmək üçün bir neçə rəqəm kifayətdir: indi dünyada 900.000.000 nəfər internet istifadəçisi, 1 milyard 400 milyon mobil telefon istifadəçisi, 800 milyon fərdi kompyuter var. Bu rəqəmlər belə düşünməyə əsas verir ki, müasir dövrün ideologiyasını maye kristallı ekran və onun arxasındakılar formalaşdırır. Hər hansı KİV-lərin müdaxiləsi və yayımı olmadan, Amerikanın meydan sulamasının əleyhinə olanları internetlə dinləmək imkanı varsa, bu gün CNN kanalının səmərəliliyindən danışmağa dəyərmi? Təsdiq etməyə ehtiyac varmı ki, bu gün adi internet istifadəçilərinin yaratdığı bloqlar çox vaxt informasiya agentliklərinin saytlarından daha populyar olur, həmin bloqlara daha çox müraciət edilir. Yaxın gələcəkdə dünyagörüşü xüsusi məqamlar əsasında formalaşacaq, qlobal məsələləri qəbul etməyəcək və getdikcə lokal məqamlara yönəldəcəkdir. Müasir dünyanın - imkanların uzlaşması ilə müəyyən edilən məkanın ideologiyası məhz bu cür yaranır. Ona görə də Elvin və Haydi Tofflerlər tamamilə haqlı olaraq yazırlar: “Heç kəs tam qətiyyətlə deyə bilməz ki, bütün bu kəşflər haraya gətirib çıxaracaq və real həyatda onlar insanların malik olmaq istədiyi sərfəli əmtəəyə və ya xidmətə çevriləcək, biznes və yaxud hökumətlər isə həmin əmtəə və xidmətləri onlara təqdim edəcəklər” (Bax: Э.Тоффлер, Х.Тоффлер. “Революционное богатство”. с.26).

Azərbaycan inkişafın elə bir səviyyəsinə gəlib çatmışdır ki, onun sosiumu təcrid olunmuş, avtarkiyaya əsaslanan cəmiyyətin ideoloji konseptlərinə fəal müqavimət göstərir. Azərbaycan dövləti inkişaf etdikcə, yeni mühit formalaşır, burada daxili və xarici azadlıq getdikcə daha çox prioritet kimi çıxış edir. Bundan sonra fərd öz dünyasını formalaşdırarkən real, çox hallarda isə virtual mülahizələri əsas götürür. Bu, indiyə qədər qəbul edilmiş bütün adi norma və standartların üstündən xətt çəkir. Fərdin və sosiumun şüuruna hakim kəsilmək hüququ uğrunda topsuz-tüfəngsiz mübarizə gedir. Müasir dünyada müharibədə biliklərdən və innovasiya texnologiyalarından düzgün istifadə edən qalib gəlir. Lakin real və virtual dünyanın ideologiyası hər necə olsa da, yadda saxlamaq lazımdır ki, milli fəaliyyət fəlsəfəsi, dövlətçilik ideyası, vətənpərvərlik və qəhrəmanlıq idealı, milli sosiomədəni obrazın dəyəri və azərbaycanlı “Mən”in arxetipi kimi “azərbaycançılıq” həmişə Azərbaycanın yeni nəslinin mənəvi-əxlaqi və sosiomədəni obrazının əsası olmalıdır.

May-iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub