MOİK-in futbolçusu: “Qarabağ”ın hücum xətti bizə ciddi çətinlik yaşatdı
Bakı, 24 iyul, AZƏRTAC
MOİK-in müdafiəçisi Teodor İvanov UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”la qolsuz heç-heçə (0:0) etdikləri görüşü dəyərləndirib.
AZƏRTAC xəbər verir ki, bolqarıstanlı futbolçu yerli mətbuata açıqlamasında komandasının çıxışından razı qaldığını bildirib.
“Xarakter nümayiş etdirdik və buradakı şərait heç də asan deyildi. “Qarabağ” çox güclü komandadır. Öz oyunuma gəldikdə isə düşünürəm ki, yaxşı çıxış etdim. Bununla belə, daha da yaxşı oynaya biləcəyimi bilirəm”, - deyə futbolçu qeyd edib.
İvanov “Qarabağ”ın hücum xəttinin komandasına ciddi çətinlik yaşatdığını vurğulayıb: “Onların hücumameyilli futbolçuları çox çevikdirlər. Tipik mərkəz hücumçuları olmasa da, sürətli və texniki oyunçulara üstünlük verirlər. Xüsusilə də sonradan meydana daxil olan sol cinah oyunçusu (Elvin Cəfərquliyevi nəzərdə tutur – red.) məni heyran etdi. O, çox keyfiyyətli və əla futbolçudur”.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Sofiyada olacaq. Bu cütün qalibi III təsnifat mərhələsində "Şerif" (Moldova) - "Makkabi" (Təl-Əviv, İsrail) duelinin güclüsü ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]