Moldova KİV-ləri Azərbaycan Prezidentinin Gürcüstan səfərinə geniş yer ayırıb
Kişineu, 25 oktyabr, AZƏRTAC
Moldovanın aparıcı KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfərinə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, Moldovanın “Trimpul”, “Tv8”, “Dosarmedia” və digər xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərinin xüsusi əhəmiyyəti vurğulanıb.
Məqalələrdə dövlətimizin başçısı İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli ilə görüşünə toxunulub, birgə bəyanatda səslənən fikirlərə yer ayrılıb. Xüsusilə, Azərbaycan Prezidentinin səfərinin regionda strateji əlaqələrin yaradılmasına töhfə verəcəyi vurğulanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev