MOLDOVANIN BAŞ NAZİRİ VASİLE TARLEV BAKIYA GƏLMİŞDİR
Moldovanın Baş naziri Vasile Tarlev Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın dövlət başçılarının Bakıda keçirilən zirvə görüşündə iştirak etmək üçün iyunun 18-də ölkəmizə işgüzar səfərə gəlmişdir.
Heydər Əliyev adına beynəlxalq hava limanında hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Vasile Tarlevi Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli oğlan və qız hörmətli qonağa gül dəstəsi təqdim etdilər.