MONA LİZANIN ŞƏXSİYYƏTİ MÜƏYYƏN EDİLDİ
Tədqiqatçı Cüzeppe Palanti arxiv sənədlərini 25 il öyrəndikdən sonra dahi rəssam üçün model olmuş qadının şəxsiyyətini müəyyənləşdirmişdir. Onun fikrincə, hər bir incəsənət həvəskarının yaxşı tanıdığı əsrarəngiz xanımın adı Liza Gerardinidir. O, dünyəvi bir qadın – varlı ipək taciri Françesko del Cokondanın həyat yoldaşı və beş uşaq anası idi. Əsərin ikinci adı da məhz onun ərinin soyadından götürülmüşdür. İndi Leonardo da Vinçinin əsəri həm “Mona Liza”, həm də “Cokonda” kimi məlumdur.
Lakin bütün bunlara baxmayaraq, “Mona Liza”, deyəsən, təslim olmaq və sirlərinin hamısını birdəfəyə açmaq niyyətində deyildir. Məsələn, alimlər onun valehedici təbəssümünün sirrini açmaq üzərində indiyədək baş sındırırlar. Maraqlıdır ki, “cokonda” sözü italyanca “gülərüz”, “şən” deməkdir. Ola bilsin ki, bənzərsiz obrazın yaradılmasında bu da öz rolunu oynamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]