MONTANA UNİVERSİTETİNİN PROFESSORU İLƏ GÖRÜŞ
Bir neçə sənədli filmin müəllifi olan T.Qolts görüşdə Azərbaycan-ABŞ münasibətləri, mətbuat sahəsində əməkdaşlıq, Montana Universitetində Azərbaycan tədqiqatlar kafedrasının yaradılması və digər maraq doğuran mövzular üzrə mühazirə oxumuş, Cənubi Qafqaz respublikalarının tarixinə həsr olunmuş kitabları haqqında məlumat vermişdir. Mühazirədə azərbaycanlıların ən qədim zamanlardan regionda yaşadığı, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Sonda iştirakçıların sualları cavablandırılmışdır.