Monteneqro Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edir
Podqoritsa, 27 oktyabr, AZƏRTAC
Monteneqro Türkiyə vətəndaşları üçün qüvvədə olan vizasız rejimi dayandırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bunu Monteneqronun Baş naziri Miloyko Spayiç deyib.
“Təcili prosedur çərçivəsində Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti dayandırılması barədə qərar qəbul edəcəyik”, - deyə o bildirib.
Buna səbəb kimi son illərdə ölkədə Türkiyə vətəndaşları ilə bağlı zorakılıq hadisələrinin sayının artması göstərilir.
Qeyd edək ki, Türkiyə vətəndaşları Monteneqroda 90 gün vizasız qala bilirlər. Hazırda Monteneqroda 13 min 308 Türkiyə vətəndaşı yaşayır. Monteneqrodakı xarici müəssisələrin 28,3 faizi isə Türkiyə vətəndaşlarına məxsusdur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]