Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir

Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir

Naxçıvan, 16 mart, AZƏRTAC

Azərbaycanın bölgələri içərisində yalnız Naxçıvan müasir tariximizdə muxtar qurum kimi ayrılıb. Bunun əsas səbəbi Naxçıvan diyarının 1918-1920-ci illərdə düşdüyü hərbi-siyasi vəziyyətdir. Muxtariyyət statusunu rəsmiləşdirən isə Moskva müqaviləsidir. Moskva müqaviləsi 1921-ci il martın 16-da “Dostluq və qardaşlıq müqaviləsi” adı ilə Türkiyə ilə Rusiya arasında bağlanıb.

Əhalinin müqaviməti, görkəmli siyasi xadimlərin fəaliyyəti sayəsində Naxçıvanın ermənilərə
verilməsinin qarşısı alınıb

Naxçıvan Türk dünyasını bir-birinə bağlayan yeganə körpüdür. Məhz bu baxımdan XX əsrin əvvəllərində “Türk qapısı”nı aradan qaldırmağa çalışan böyük güclər ermənilərə hərtərəfli hərbi və maddi yardım göstərərək bölgədəki türk izlərini silməyə çalışıblar.

XX əsrin əvvəllərində Rusiyanın, İngiltərənin və ABŞ-ın Cənubi Qafqazda öz geosiyasi maraqlarını həyata keçirməsində başlıca rol oynayan amillərdən biri məhz ermənilər idi. Qeyd etmək lazımdır ki, ermənilər bu dövlətlərin geosiyasi maraqlarının icraçısına çevrilsələr də, öz növbəsində, dünyanın bu böyük güclərindən gələcəkdə qurulması planlaşdırılan “Ermənistan dövləti” üçün öhdəliklər tələb etmişdilər. Müxtəlif dövrlərdə ermənilərdən faydalanaraq qarşılıqlı əməkdaşlıq çərçivəsində formalaşan böyük güclərin siyasətləri Qafqazdakı Azərbaycan türkləri, o cümlədən naxçıvanlılar üçün fəlakət mənbəyi olaraq ortaya çıxıb və minlərlə azərbaycanlının ermənilər tərəfindən soyqırımına məruz qalmalarına səbəb olub. Hətta Naxçıvan bu dövlətlərin təhriki və dəstəyi sayəsində ermənilərə peşkəş də edilmişdi. Lakin əhalinin əzmli müqaviməti, görkəmli siyasi xadimlərin fəaliyyəti sayəsində Naxçıvanın ermənilərə verilməsinin qarşısı alınıb.

Rusiya-Türkiyə yaxınlaşması və düşmən narahatlığı

Həmin dövrdə beynəlxalq münasibətlərdə və dünyada yaranmış şəraitlə əlaqədar Rusiya ilə Türkiyənin yaxınlaşmasına, onlar arasında isti münasibətlərin və son nəticədə, bu dövlətlər arasında müəyyən müqavilələrin baş tutmasına gətirib çıxardı. Əslində, bir sıra dövlətlər Rusiya-Türkiyə yaxınlaşmasını istəmirdilər. Çünki Birinci Dünya müharibəsində qalib gəlmiş böyük dövlətlər bir tərəfdən Türkiyəni məğlub edib, özlərindən asılı vəziyyətə salmaq, digər tərəfdən isə Rusiyada bolşevik hökumətini devirmək, inqilabi Türkiyənin köməyi ilə çevrilişlə Azərbaycanda hakimiyyətə gəlmiş bolşevik hökuməti ilə yaxınlaşmasına yol verməməyə çalışırdılar.

Bu illərdə Azərbaycanda, eləcə də Naxçıvan diyarında baş verən hadisələr çox mürəkkəb, ziddiyyətli və çətin olub. Azərbaycanın düşdüyü daxili, qarşılaşdığı beynəlxalq vəziyyət elə ağır idi ki, bir sıra hallarda Naxçıvan bölgəsinə lazımi səviyyədə kömək göstərə bilmirdi. Bundan istifadə edən məkrli düşmənlərimiz hələ XX əsrin əvvəllərində Naxçıvan bölgəsini ələ keçirərək həm geniş münbit torpaqlara sahib olmaq, həm də Türkiyənin Azərbaycan və dolayısıyla Mərkəzi Asiya ilə əlaqəsini gücləndirən yeganə koridoru bağlamaq istəyirdilər. Ancaq Türk Milli mübarizəsinin liderləri Mustafa Kamal Paşa və Kazım Qarabəkir Paşa Naxçıvanın strateji əhəmiyyətini çox gözəl anlayırdılar. Kazım Qarabəkir Paşaya görə, Naxçıvan “Şərqin qapısı”, Mustafa Kamal Paşaya görə isə “Türk qapısı” idi. Naxçıvanın Türkiyə baxımından digər bir əhəmiyyəti isə, Ermənistana qarşı təşkil ediləcək hücumda strateji bir mövqe xarakteri daşıması idi. Eyni zamanda, Naxçıvan sovet Rusiyası ilə münasibətlərdə bir mərkəz halına gətirilmişdi.

Nəriman Nərimanova məktub: “Naxçıvan diyarı özünü Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi hesab etmişdir”

Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra da daşnak silahlı qüvvələrinin təcavüzkar hərəkətləri nəticəsində Naxçıvan diyarında gərginlik davam edirdi. 1920-ci ilin iyulunda Naxçıvan, Culfa və Ordubad əhalisi N.Nərimanova, S.Orconikidzeyə məktubla müraciət etdi. Müraciətdə deyilirdi: “Yerli əhali öz qüvvəsi ilə daşnaklardan müdafiə olunur. Qızıl ordunun köməyi ilə bizim diyarı azad etməyi və Azərbaycanla birləşdirməyi təmin etməyi təvəqqe edirik”.

XI Ordunun köməyi ilə 1920-ci il iyulun 28-də Naxçıvan diyarında sovet hakimiyyəti quruldu və Naxçıvan SSR elan edildi, respublikanın ali hakimiyyət orqanı - Naxçıvan İnqilab Komitəsi yaradıldı. Avqustun 10-da Naxçıvan İnqilab Komitəsi Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova məktub göndərdi. Məktubda deyilirdi: “Naxçıvan camaatının çox böyük əksəriyyətinin qərarı ilə Naxçıvan diyarı özünü Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi hesab etmişdir”.

Bolşeviklər dəfələrlə Naxçıvanı Ermənistana verməyə cəhd göstəriblər

Rusiya rəhbərlərinə gəldikdə isə onlar Türkiyə ilə diplomatik münasibətlər yaratmaq istəsələr də, Ermənistandan Türkiyəyə qarşı bir vasitə kimi də istifadə etməyə çalışırdılar. Ermənistan, Azərbaycan və Türkiyənin qarşılıqlı münasibətləri məsələlərinin həllində İ.Stalin Rusiyanın mənafelərindən çıxış edərək həmişə Ermənistanın mövqeyini müdafiə edirdi. 1920-ci il noyabrın 9-da Bakıdakı çıxışında İ.Stalin demişdi: “Əgər bilmək istəyirlərsə ki, Zəngəzur və Naxçıvan kimə məxsus olmalıdır, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, sovet hökuməti olanda vermək olar”. İ.Stalinin bu çıxışından 20 gün sonra - noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti quruldu. Bu o demək idi ki, İ.Stalin və Rusiya rəhbərliyi də Zəngəzur və Naxçıvanı Ermənistana vermək istəyirdi. Ermənistan bolşeviklərin nəzarətinə keçən kimi Azərbaycan Hərbi İnqilab Komitəsinin sədri 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. Həmin bəyanat Rusiyanın diktəsi ilə yazılmışdı və “iki sovet respublikası arasında ərazi mübahisələrinin” Azərbaycanın milli mənafelərinə zidd şəkildə həll edilməsinə yönəlmişdi, yəni Zəngəzur və Naxçıvan Ermənistana verilirdi.

Həmin dövrdə Türkiyə Azərbaycanın ərazi bütövlüyünün
qorunması üçün diplomatik fəallığı artırıb

Məlum Bəyanatdan sonra Naxçıvan bölgəsində daxili vəziyyət xeyli mürəkkəbləşib, onun üstündə mübahisə və münaqişələr səngiməkdənsə, xeyli kəskinləşib. Naxçıvan məsələsi Rusiya-Ermənistan və Türkiyə-Ermənistan danışıqlarında mühüm yer tuturdu. Ermənistan Rusiya və Türkiyə arasında siyasi manevrlər edərək onların münasibətlərindən və yaranmış şəraitdən istifadə etməyə çalışırdı. Rusiyaya gəldikdə isə o, Türkiyə ilə yaxınlaşmaq xəttini yeritsə də, erməniləri də müdafiə etməsini gizlətmirdi. Ermənistan isə Naxçıvan və başqa ərazilərlə bağlı niyyətlərini həyata keçirmək üçün ən çox Rusiyaya ümid bəsləyirdi. Ermənistan 1920-ci il dekabrın 2-də həm Rusiya, həm də Türkiyə ilə müqavilə bağladı. RSFSR ilə Sovet Ermənistanı arasında bağlanan hərbi-siyasi sazişə görə keçmiş İrəvan quberniyasının Ermənistanın tərkibinə daxil olmasının Sovet hökuməti tərəfindən mübahisəsiz tanınması qəbul edilirdi. Türkiyə ilə Ermənistan arasında bağlanan Gümrü (Aleksandropol) müqaviləsi Rusiya və onun təhriki ilə Ermənistan tərəfindən qəbul edilmədi. Lakin bununla belə, bu müqaviləyə görə, Naxçıvan bölgəsinin düşmən əlinə keçməməsi üçün “həmin ərazidə hələlik Türkiyənin himayəsində yerli hökumət yaradılması” qərara alınmışdı.

1920-ci il dekabrın 28-də Ermənistan SSR Hərbi İnqilab Komitəsi bəyanat ilə çıxış edərək Naxçıvan əhalisinə öz müqəddəratını azad surətdə təyin etmək hüququ verildiyini bildirdi. Lakin 1921-ci ilin əvvəllərindən başlayaraq heç bir bəyanat verməmiş kimi, yenə də Naxçıvana qarşı haqsız ərazi iddiaları irəli sürdü.

1920-ci il aprelin 26-da Türkiyə Böyük Millət Məclisi V.İ.Leninə müraciət etdi. Həmin ilin yayından başlayaraq Türkiyə hökuməti Rusiya ilə diplomatik münasibətlər qurmaq və iki ölkə arasında dostluq müqaviləsi imzalamaq üçün fəallığını artırdı və bunun üçün Bəkir Sami bəyin başçılığı ilə nümayəndə heyəti Moskvaya gəldi. Danışıqlar nəticəsində sovet-türk müqaviləsinin layihəsi hazırlandı. RSFSR Xalq Xarici İşlər komissarı G.Çiçerin danışıqlara Azərbaycanı və Ermənistanı da qatmaq istəyirdi. Burada onun məqsədi bu dövlətlərin xarici siyasətini öz əlində cəmləşdirmək və Türkiyəyə qarşı qoymaq, həm də gələcəkdə Güney Qafqazdakı niyyətlərini həyata keçirmək üçün zəmin hazırlamaqdı. Türkiyə bu təkliflə razılaşmadı və bildirdi ki, onların Azərbaycanla heç bir mübahisəli məsələsi yoxdur. Mübahisələr danışıqları dayandırdı.

İosif Stalindən maraqlı sual: “Naхçıvan üzərində nə üçün bu qədər israr edirsiniz?”

1921-ci ilin fevral ayında Ankara hökumətinin yeni Xarici İşlər naziri Yusif Kamal bəyin başçılığı ilə Əli Fuad və doktor Rza Nurdan ibarət diplomatik nümayəndə heyəti Moskvaya gələrək yeni danışıqlara başladı. Danışıqlarda Rusiya tərəfindən Xalq Xarici İşlər komissarı G.Çiçerin və RSFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü C.Qorxmazov iştirak edirdi. Müzakirələr çox gərgin keçmiş və hətta danışıqlar bəzən pozulmaq həddinə çatmışdı. Bir sıra məsələlərlə yanaşı, danışıqlarda Naxçıvan məsələsinə də xüsusi əhəmiyyət verilmişdi. Türkiyənin bu məsələyə böyük önəm verməsi bölgənin strateji və geosiyasi mövqeyi ilə yanaşı, həm də Naxçıvanın Türkiyə-Azərbaycan əlaqələrində ən yaxın məsafədə yerləşməsi idi. Buna görə də Mustafa Kamal Paşa Yusif Kamal bəyə Naxçıvanın “Türk qapısı” olduğunu xatırlatmış və buna görə hərəkət edilməsini bildirmişdi. Y.Kamalın xatirələrindən bəlli olur ki, danışıqlarda Naхçıvana dair müzakirələr хeyli uzanıb, İ.Stalin “Naхçıvan üzərində nə üçün bu qədər israr edirsiniz?” sualına da “orası türk qapısıdır, ondan” cavabını almışdı.

Behbud ağa Şahtaхtinski təşəbbüsü RSFSR-Türkiyə müqaviləsində öz əksini tapıb

Moskva danışıqlarının bəzi iclaslarında Azərbaycanın Rusiyadakı səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaхtinski də iştirak edib və uğurlu nəticənin əldə edilməsində onun mühüm xidməti olub. Belə ki, o, 1921-ci il martın 1-də V.İ.Leninə göndərdiyi məktubda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırıb, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə edib, Güney Qafqazda sərhəd məsələləri və xüsusilə də Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər verib. Lenin bunlarla tanış olduqdan sonra onu Siyasi Büroya göndərib. B.Şahtaxtinskinin məktubu martın 16-da Stalinin, Çiçerinin və başqalarının iştirakı ilə baxılıb, təkliflər nəzərə alınmaqla Azərbaycanın himayəsində Naxçıvana muxtariyyət statusu verilməsi haqqında qərar qəbul olunub.

Bütün bunlar Moskva müqaviləsinə öz təsirini göstərib. Bir aya yaxın davam etmiş danışıqların yekunu 1921-ci il martın 16-da imzalanmış “Dostluq və qardaşlıq haqqında” RSFSR-Türkiyə müqaviləsində öz əksini tapıb.

Naxçıvan məsələsində “mart gərginliyi”

Moskva danışıqlarında Naxçıvanla bağlı əsas məsələlər danışıqların 10, 12 və 14 mart tarixli iclaslarında gərgin müzakirə olunub. Danışıqların martın 12-də keçirilən iclasında, əsasən, Naxçıvan dairəsi və Ermənistan arasında müəyyənləşdirilən sərhədlər ətrafında müzakirə aparılıb. Türkiyənin təkidindən sonra Şərur-Dərələyəz dairəsinin Naxçıvana keçməsi və İrəvan dairəsinin mübahisəli hissələrində sərhədin Kömürlü dağ (6930) və Saray Bulaq (8071) dağlarından, Ararat stansiyasından başlaması barədə razılığa gəlinib və bütün bu məsələlərin Azərbaycan, Ermənistan və Türkiyə nümayəndələrindən ibarət qarışıq komissiyanın razılaşdırılmasına verilməsi qərara alınıb.

Danışıqların martın 14-də keçirilən iclasında Naxçıvanın statusu tam olaraq müəyyənləşdirilib. Türk nümayəndələri göstərdiyi ciddi səylər nəticəsində Moskva konfransında Azərbaycanın ərazi bütövlüyünün qismən də olsa, qorunmasına nail oluna bilib, Naxçıvanın heç bir dövlətə güzəştə gedilməməsi şərtilə Azərbaycanın tərkibində saxlanılması razılaşdırılıb.

Naxçıvanın müqavilə ilə müəyyənləşdirilən əraziləri

Müqaviləni Rusiya tərəfindən Georgi Çiçerin və Cəlal Qorxmazov, Türkiyə tərəfindən isə Yusif Kamal, Rza Nur və Əli Fuad Cəbəsoy imzalayıblar. 16 maddə və 3 əlavədən ibarət olan “Dostluq və qardaşlıq” haqqında RSFSR-Türkiyə müqaviləsinin üçüncü maddəsində Naxçıvan məsələsinin həlli aşağıdakı kimi təsbit edilib: “Müqaviləni imzalayan tərəflər bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlər daxilindəki Naxçıvan bölgəsinin, sahib olacağı himayə haqqını üçüncü bir dövlətə heç bir zaman güzəştə getməmək şərtilə, Azərbaycanın himayəsində muxtar bir ərazi təşkil etməsi ilə bağlı razılığa gəlirlər”. “Naxçıvan ərazisi” adlı I (C) əlavəsində isə bölgənin sərhədləri müəyyənləşdirilib: “Ararat stansiyası - Saray Bulaq dağı (8071) - Kömürlü dağ (6839) - (6930) - (3080) - Sayat dağ (7868) - Qurdqulaq kəndi - Həməsür dağı (8160) - Yüksəklik (8022) - Küküdağ (10282) və keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqi.

Beləliklə, Rusiya hökumətinin ermənipərəst mövqeyinə baxmayaraq, Naxçıvan əhalisinin qətiyyətli, dönməz iradəsi, Türkiyənin prinsipial və ədalətli mövqeyi və Behbud ağa Şahtaxtinski kimi milli mənafelərdən çıxış edən siyasi xadimlərin səyləri ilə Naxçıvan Azərbaycanın tərkibində saxlanılıb.

Moskva beynəlxalq müqaviləsi Azərbaycanın ərazi bütövlüyünü qoruyub

Moskva müqaviləsi Azərbaycanın ərazi bütövlüyünü qoruyub və Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirib. Bu müqaviləyə görə, qədim türk-oğuz yurdu olan Naxçıvana muxtariyyət statusu verilməklə Azərbaycanın himayəsində qalıb. Bütün bunlarla bərabər, erməni daşnakları XX əsr boyu Naxçıvan iddialarından əl çəkməyib, 90-cı illərin əvvəllərində buraya silahlı basqınlar edib, Moskva və Qars müqavilələrinin ləğv edilməsi üçün xeyli fəallaşıblar. Son illərdə isə onlar bu barədə bir sıra dövlətlərə və beynəlxalq təşkilatlara müraciət ediblər.

Naxçıvan Muxtar Respublikasına erməni iddialarının artdığı indiki zamanda Moskva beynəlxalq müqaviləsinin əhəmiyyəti daha aydın şəkildə nəzərə çarpır və Naxçıvanın muxtariyyətinin qorunmasında əvəzsiz rol oynayır. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev 1992-ci ilin mart ayında Türkiyə Cümhuriyyətində olarkən Moskva və Qars müqavilələrini müzakirə edib, bir sıra məsələləri dərindən açıqlayıb və bu müqavilələrin xalqımızın həyatındakı tarixi rolunu yüksək qiymətləndirib.

Naxçıvanın statusunun bu müqavilədə əks olunması o dövrdə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi dəyərləndirilməlidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də qeyd etdiyi kimi: “Əgər Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının, yəni Zəngəzur mahalının vaxtilə Ermənistana verilməsi olmasaydı, bəlkə də heç Naxçıvanın muxtariyyəti də lazım deyildi. Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.

Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsi beynəlxalq Moskva müqaviləsi ilə rəsmiləşdirilib. Özü də müddətsiz dövr üçün. Bu müqavilənin müddətsiz bağlanması onun tarixi əhəmiyyətini daha da artırmış olur. Dövlətlərarası münasibətlər baxımından bu növ müqavilələr daimilik xarakterinə malikdir.

AZƏRTAC -ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb