MOSKVA DÜNYANIN ƏN KOBUD ŞƏHƏRLƏRİNDƏN BİRİDİR?
Tədqiqatlar zamanı nəşrin jurnalistləri dünyanın 35 şəhərində sadə testlər keçirmişlər. Məsələn, tədqiqatçılar gediş-gəlişli küçələrin birində yerə kağız atmış və yoldan keçənlərin buna münasibətini yoxlamışlar. Bundan əlavə, onlar müxtəlif mağazalarda satıcıların neçə dəfə “çox sağ olun” deməsini, habelə girişdə adamların bir-biri üçün qapını neçə dəfə tutmasını saymışlar. Nəticədə dünyanın ən nəzakətli şəhəri Nyu-York olmuşdur. Şəhərin keşmiş meri Ed Kox jurnalistlərə demişdir ki, nyuyorklular 2001-ci ilin 11 sentyabr terror aktlarından sonra bir-birinə qarşı daha diqqətli olmuşlar. Onlar ömrün neçə qısa olduğunu anlamışlar. İkinci yeri Sürix, üçüncü yeri isə Toronto tutmuşdur.
Dünyanın ən kobud meqapolisi Bombeydir. Aşağıdan ikinci yerə isə Avropanın ən nəzakətsiz şəhəri – Buxarest çıxmışdır.
Moskvalı bir qadın “Reader”s Digest”in müxbirlərindən birinin qapını tutmaq xahişinə kobud cavab verdikdən sonra Rusiya paytaxtı siyahıda 30-cu yerə enmişdir. Sinqapur, Seul, Kuala-Lumpur, Bombey sakinləri moskvalılardan da kobuddurlar.
Jurnalistlərin fikrincə, Zaqreb sakinləri daha iltifatlıdırlar. Bu şəhərdə yerə səpilmiş kağızları yığmağa hətta belibükük qoca xorvat da cəhd göstərmişdir. Stokholmda isə ən nəzakətli satıcılarla rastlaşmaq olar.