Moskva jurnalisti Murmanskda Azərbaycan diasporunun qonağıdır
Bakı, 23 iyun (AZƏRTAC). Moskvada çıxan aylıq “Zemlyaki” jurnalının müxbiri Viktor Surik bu günlərdə Murmanskda Azərbaycan diasporunun qonağı olmuşdur.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Murmansk vilayət bölməsinin ofisində olan jurnalist həmvətənlərimizlə görüşmüşdür.
ÜAK vilayət bölməsinin sədri Afil Hüseynov jurnalistə Murmanskda yaşayan azərbaycanlılardan, onların həyat və fəaliyyətindən söz açmışdır. Regionda yaşayan həmvətənlərimiz artıq vilayətin ictimai həyatına uyğunlaşmışlar. Onların sayı təxminən 27 min nəfərdir. Bir çoxu vətəndaşlıq, bəziləri Rusiya Federasiyasında müvəqqəti yaşamaq üçün icazə, pasport almışlar. Murmanskda yaşayan həmvətənlərimiz arasında professorlar, hüquq mühafizə orqanlarının əməkdaşları, Şimal Donanmasının zabitləri, fəxri balıqçılar, Rusiyanın əməkdar inşaatçıları vardır. Onların bir çoxu Murmansk vilayəti qubernatorunun, regional Dumanın, şəhər merinin və s. fəxri fərmanlarına layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]