Moskva vilayətində güclü külək üzündən aşan ağaclar beş nəfərə xəsarət yetirib
Moskva, 18 sentyabr, AZƏRTAC
Moskva vilayətində güclü külək üzündən ağacların aşması nəticəsində beş nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, Moskva vilayətinin 12 şəhər dairəsində güclü külək 70 ağacın aşmasına səbəb olub. Nəticədə 5 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.
Saniyədə 26 metr sürətlə əsən küləyin aşırdığı ağaclar 17 avtomobilə də ziyan vurub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]