Moskvada “Azərbaycan kulinariyası” mövzusunda beynəlxalq forum keçiriləcək
Moskva, 27 mart, AZƏRTAC
Martın 28-29-da Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Texnoqrad” İnnovasiya Təhsil Mərkəzində “Dünya xalqlarının mətbəxi. Azərbaycan kulinariyası” mövzusunda beynəlxalq forum keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir “Vkus Mira Rus” Kulinarlar Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutacaq. Forum çərçivəsində Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu Tünzalə Məmmədzadənin iştirakı ilə ustad dərsləri, milli musiqimizdən ibarət konsert proqramı təşkil olunacaq. Ustad dərslərinin iştirakçılarına Azərbaycan Milli Kulinariya Mərkəzinin sertifikatları təqdim ediləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]
Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]