Moskvada “Azərbaycanda daşınmaz əmlaka investisiyalar” mövzusunda görüş keçiriləcək
Moskva, 20 noyabr, AZƏRTAC
Noyabrın 22-də “Agalarov Development” şirkəti “RBK Nedvijimost” ilə birgə investorlar üçün “Azərbaycanda daşınmaz əmlaka investisiyalar” mövzusunda ictimai görüş təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, görüşdə İqtisadiyyat Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun, “Agalarov Development” şirkətinin, yerli və iri inşaat şirkətlərinin və beynəlxalq konsaltinq şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
Tədbir zamanı iştirakçılar Rusiya və Azərbaycan arasında investisiya əlaqələrini, Azərbaycanda daşınmaz əmlaka investisiyalar üçün siyasi-iqtisadi şərtləri və digər mövzuları müzakirə edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva