Moskvada beynəlxalq təhlükəsizlik konfransı keçirilir
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransının rəsmi açılış mərasimi olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən keçirilən tədbirdə 111 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan mindən çox nümayəndə iştirak edir.
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi tədbir çərçivəsində keçirilən plenar iclaslarda qlobal və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhlükələr və təhdidlər müzakirə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 28.05.2026 [17:25]