MOSKVADA MDB İQTİSADİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Azərbaycanı Baş nazirin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Abbas Abbasov təmsil etmişdir.
İclasda Birlik ölkələrinin inteqrasiya proseslərini dərinləşdirmək məsələləri, habelə azad ticarət zonası haqqında qərarın həyata keçirilməsi ilə bağlı bəzi məsələlər müzakirə olunmuşdur. Bundan əlavə, MDB dövlətlərinin qarşılıqlı ticarətində məhdudiyyətlərin mərhələ-mərhələ aradan götürülməsinin mümkünlüyü məsələləri, onların valyuta sahəsində əməkdaşlığının konsepsiyası və fəaliyyətinin əlaqələndirilməsi, antiinhisar siyasəti sahəsində əməkdaşlığın istiqamətləri və iqtisadi əməkdaşlığın digər məsələləri nəzərdən keçirilmiş, MDB İqtisadi Şurasının qərarlarının yerinə yetirilməsinin gedişi təhlil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:37]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [19:09]