MOSKVADA “MDB VƏ BALTİKYANI ÖLKƏLƏRİN ÇEMPİONLARININ BİRLİK KUBOKU – 2009” FUTBOL TURNİRİ BAŞLAMIŞDIR
Moskva, 17 yanvar (AZƏRTAC). Moskvada “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku - 2009” beynəlxalq futbol turniri başlamışdır. Bu mötəbər turnirdə Azərbaycanı “İnter” klubu təmsil edir. Klub “Dordoy-Dinamo” (Qırğızıstan), “Ventspils”(Latviya) və “İnter” Finlandiya komandaları ilə birlikdə “D” qrupunda yarışır.
Püşkatmaya görə, “İnter” ilk görüşü “Dinamo” idman kompleksində Qırğızıstanın “Dordoy-Dinamo” komandası ilə keçirmişdir. Görüş 0 : 0 hesabı ilə başa çatmışdır.
Futbolçularımızın yaxşı və çevik oynamalarına, qol məqamları yaratmalarına baxmayaraq, onlar rəqibin qapısından top keçirə bilməmişlər.
Həmin gün “D” qrupunun digər komandaları - Latviyanın “Ventspils” və Finlandiyanın “İnter” komandaları arasında görüş keçirilmişdir. Latviya komandası 3 : 1 hesabı ilə qalib gəlmişdir.
Yanvarın 18-də “Olimpiya” idman kompleksində Azərbaycanın və Finlandiyanın komandaları qarşılaşacaqlar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:46]
Çempionlar Liqası: "Sabah"–“Slaviya Praqa” oyunu başlayıb
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]