MOSKVADA “MDB VƏ BALTİKYANI ÖLKƏLƏRİN ÇEMPİONLARININ “BİRLİK KUBOKU” KEÇİRİLƏCƏKDİR
Moskva, 14 yanvar (AZƏRTAC). Yanvarın 17-dən 26-dək Moskvada “MDB və Baltikyanı ölkələrin çempionlarının “Birlik Kuboku-2009” XVII Beynəlxalq futbol turniri keçiriləcəkdir.
Rusiya Futbol İttifaqının mətbuat xidmətindən bildirmişlər ki, turnirin açılışında FİFA-nın prezidenti Yozef Blatter və UEFA-nın prezidenti Mişel Platini başda olmaqla, həmin qurumların nümayəndə heyətləri, habelə dünya və Avropa futbolunun digər rəhbərləri iştirak edəcəklər.
Bu futbol yarışında Azərbaycanı “İnter” komandası təmsil edəcəkdir. Püşkatmanın nəticələrinə görə, komanda Latviyanın “Ventspils“, Qırğızıstanın “Dordoy-Dinamo” və Finlandiyanın “İnter” komandaları ilə “D” qrupuna düşmüşdür. Azərbaycan komandası ilk görüşü yanvarın 17-də “Dordoy-Dinamo” ilə keçirəcək, ayın 18-də “İnter”, 20-də isə “Ventspils” komandaları ilə qarşılaşacaqdır.
Oyunlar “Olimpiysk” və “Dinamo” idman komplekslərində keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]