MOSKVADA QİÇS-Ə DAİR BİRİNCİ BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏKDİR
Beynəlxalq təşkilatların, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin hökumət və işəgötürənlər təşkilatları nümayəndələrinin iştirakı ilə keçiriləcək konfransda QİÇS-lə mübarizədə ictimai rəyin və milli siyasət xəttinin formalaşmasında vətəndaş cəmiyyətinin, KİV-lərin rolu, regional şəbəkənin təşəkkülü və inkişafı, regional əməkdaşlıq təcrübəsi və digər məsələlər müzakirə olunacaqdır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov konfransda iştirak edəcək və QİÇS-lə mübarizədə işəgötürənlərin rolu barədə məlumat verəcəkdir.