Moskvadakı “Zotov” mərkəzində caz-muğam səsləndiriləcək
Bakı, 15 oktyabr, Anara Axundova, AZƏRTAC
Moskvada tanınmış pianoçu Riad Məmmədovun konserti olacaq. Oktyabrın 20-də “Zotov” mərkəzində keçiriləcək gecədə, o cümlədən caz-muğam üslubunda kompozisiyalar ifa olunacaq.
AZƏRTAC xəbər verir ki, fortepiano və kontrabasın (Sergey Korçaqin) ifasında caz standartları, eləcə də muğam tərzlərində yazılmış Riad Məmmədovun müəllif olduğu fortepiano pyesləri səslənəcək.
Bu konsert — caza konstruktivizm musiqisi kimi baxışdır. Muğam, Şərq musiqisinin fəlsəfəsini, tarixini və həyatını birləşdirən janr kimi bu kontekstdə xüsusi diqqətə layiqdir. Konsert proqramı Qərb və Şərq musiqi cərəyanlarını əhatə edir.
Moskva Konservatoriyasında təhsil almış pianoçu və bəstəkar Riad Məmmədov, yaradıcı fəaliyyətində müxtəlif janrları və musiqi istiqamətlərini birləşdirir. O, klassik akademik repertuardan olan əsərləri ifa edir, eyni zamanda Rusiyada və xaricdə onun səhnə və elmi maraqları sahəsinə çevrilmiş caz-muğam istiqamətini inkişaf etdirir.
Pianoçu ictimaiyyətə solo konsertlərdən və dirijor Teodor Kurentzis və onun musicAeternа orkestri ilə birgə layihələrdən, həmçinin klassik və orijinal repertuara malik albomlardan tanışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]