DÜNYA
Moskvaya son 145 ilin ən güclü qarı yağıb VİDEO
Moskva, 4 dekabr, AZƏRTAC
Moskvada son 145 ilin ən güclü qarı yağıb.
AZƏRTAC xəbər verir ki, “Oliver” siklonunun təsiri nəticəsində sutka ərzində Moskva və Moskva vilayətinə aylıq normanın üçdə biri qədər yağıntı düşüb. Bu gecə qar örtüyünün hündürlüyü 30 santimetrə çatıb.
Qarlı hava səbəbindən Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib.
Hidrometeoroloqlar xəbərdarlıq edir ki, güclü qardan sonra Moskvanı Sibir şaxtaları gözləyir. Dekabrın 6-dan həftə sonunadək 15-20 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]
Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb
- 06.05.2024 [14:08]