Mourinyo “Napoli”nin müdafiəçisi Kulibalini “Mançester Yunayted”də görmək istəyir
Bakı, 22 oktyabr, AZƏRTAC
“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo komandanın müdafiə xəttini gücləndirməyə qadir olan futbolçuların qış transferi zamanı axtarışını davam etdirir.
AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssisin növbəti hədəfi “Napoli”nin seneqallı müdafiəçisi Kalidu Kulibali olub.
27 yaşlı futbolçu bu ilin sentyabrında italyan klubu ilə müqaviləsinin müddətini 2023-cü ilədək uzadıb. KİV-lərin məlumatına görə, razılaşmaya dəbbə pulunun miqdarı daxil edilməyib və neapolitanların rəhbərliyi artıq Kulibaliyə 100 milyon avronu aşan sanballı qiymət cədvəli tərtib edib. Bu məbləğ “Mançester Yunayted”in sahiblərini qorxuda bilər. Nəşrin yazdığına görə, Mourinyo klubu bu cür böyük məsrəflərdən ötrü inandırmağa cəhd etməlidir.
Bundan əvvəl xəbər verilmişdi ki, “Barselona” da Kulibalini əldə etməkdə maraqlıdır. KİV-lərdə, həmçinin Maurinyonun tərtib etdiyi qış transferi siyahısında dörd futbolçunun adı olduğu barədə məlumatlar da yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]