MSK Moldovadakı parlament seçkilərinin nəticələrini təsdiqləyib
Kişineu, 5 oktyabr, AZƏRTAC
Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 28-də Moldovada keçirilmiş parlament seçkilərinin nəticələrini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Moldovanın Mərkəzi Seçki Komissiyası oktyabrın 5-də keçirilən iclasında seçkilərin nəticələrinə yekun vurub və parlamentə daxil olan beş siyasi qüvvə arasında yerlər bölüşdürüb. Hakim Fəaliyyət və Həmrəylik Partiyası 55, Sosialistlərin, Kommunistlərin Vətənpərvər Bloku və Moldovanın Gələcəyi partiyası 26, Alternativ Bloku 8, Bizim və Vətəndə Demokratiya partiyalarının hər biri 6 yer qazanacaq.
MSK “Evdə Demokratiya” partiyasının “TikTok”da əlaqələndirilmiş kampaniya apardığını və sosial mediada tanıtım xərclərini açıqlamadığını etiraf edib. Bu, partiyanın qeydiyyatının ləğvi üçün əsas yaradıb. Partiyanın lideri Vasile Kostyuk bütün ittihamları rədd edib.
İndi Konstitusiya Məhkəməsinin MSK-nın qərarını təsdiq etmək və ya ləğv etmək üçün 10 gün vaxtı var.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]