MSN-in nümayəndə heyəti “IDEF-2019” sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da İstanbulda işə başlayan “IDEF-2019” XIV beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev sərgiyə qatılan və Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendini ziyarət edən Ukraynanın “Ukroboronprom” şirkətinin baş direktoru Pavlo Bukin ilə görüşüb.
MSN-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.
Azərbaycan stendini ziyarət edən Cibutinin müdafiə naziri Əli Həsən Bahdon ilə görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Əli Həsən Bahdon MSN tərəfindən nümayiş etdirilən məmulatları böyük maraqla izləyib.