MƏDƏNİYYƏT
“Müasir Azərbaycan turizmi” adlı “dəyirmi masa” keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayında Dünya Turizm Gününə həsr olunmuş “Müasir Azərbaycan turizmi” adlı “dəyirmi masa” təşkil edilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə son zamanlar turizmin ölkəmizdəki sürətli inkişafından söhbət açılıb. Bu inkişafın Azərbaycan üçün böyük əhəmiyyətindən, ölkəmizin dünyanın qabaqcıl ölkələri tərəfindən tanınmasından bəhs edilib.
Mədəniyyət sarayının direktoru İkram Əhmədov son illər turizmin inkişaf etdirilməsi üçün qəbul edilən dövlət proqramlarından, imzalanan fərman və sərəncamlardan, bu sahədə reallaşdırılan layihələrdən söz açıb.
Diqqətə çatdırılıb ki, ölkə turizminin daha da gücləndirilməsi üçün Turizm Şurası yaradılıb. Şuranın əsas məqsədi ölkəmizdə turizm sahəsində mövcud vəziyyəti təhlil etmək, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görmək, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir.
“Dəyirmi masa”da Azərbaycanda turizm sektorunun gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]