MÜASİR İNSANIN ƏCDADLARI KANNİBALLAR OLUB
Atapuerkada aparılmış qazıntıların rəhbəri professor Eudald Karbonel demişdir: “Bu mağaralarda tapılmış insan qalıqları sübut edir ki, onları özləri kimi adamlar yemişlər. Tarixdən əvvəlki insanın 10 nümayəndəsinə məxsus ətli sümüklər vaxtilə xüsusi çapacaqlarla kəsilmişdir”.
Məruzədə deyilir: “Çox güman ki, Atapuerkada məskunlaşmış adamyeyənlər nəsli qonşu tayfaların nümayəndələrini aclığı yatırtmaq üçün deyil, mərasim məqsədilə yeyirdi. Bu zaman onlar hər iki cinsin gənc nümayəndələrinə üstünlük verirdilər”.
Atapuerkada qazıntılar 1994-cü ildən, “Heydelberq adamı”nın burada olmasının izləri ilk dəfə aşkara çıxarıldığı vaxtdan aparılır. Lakin “sümüklər doldurulmuş xəndək” deyilən yerin sirri indiyədək açılmamış qalırdı. Hesab edilirdi ki, sümükləri burada aşkarlanmış adamlar epidemiyadan ölmüş, yaxud digər tayfaların hücumu nəticəsində həlak olmuşlar.
Son tədiqatlar nəticəsində hazırlanmış nəzəriyyə onların həlak olmasının tarixinə işıq salır. Odur ki, Atapuerkada qazıntılar davam etdiriləcəkdir.
“Heydelberq adamı” Avropada təxminən 800-400 min il əvvəl yaşamışdır, danışıq qabiliyyətinə malik idi, paltar geyinir və əmək alətlərindən istifadə edirdi. O, müasir insanların əcdadı sayılır.