Müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissədə toplantı keçirib
Bakı, 28 fevral, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub və nazirliyin rəhbərliyinin iştirakı ilə komandir heyəti ilə toplantı keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda birlik, birləşmə, hərbi hissə komandirləri və qərargah rəisləri iştirak ediblər.
Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlər müzakirə edilib.
Döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə əlaqədar müdafiə naziri tərəfindən müvafiq tapşırıqlar verilib.