Müdafiə naziri Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını yoxlayıb
Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının vəziyyətini yoxlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən yoxlamalar zamanı qoşunların yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm dövlət və hərbi obyektlərin, eyni zamanda, qoşun qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi məqsədilə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdirilib.
Hərbi Hava Qüvvələrinin döyüş texnikasına, vasitə və qurğularına baxış keçirən müdafiə naziri şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirərək qoşun komandanlığı qarşısında müvafiq tapşırıqlar qoyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.08.2026 [09:00]
Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür
- 03.08.2026 [19:21]
Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub
- 03.08.2026 [14:46]
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
- 02.08.2026 [13:12]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 31.07.2026 [15:59]