Müdafiə naziri Türkiyə Quru Qoşunları Məktəbində təhsil alan azərbaycanlı kursantlarla görüşüb
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbini ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir məktəbin rəhbərliyi və burada təhsil alan azərbaycanlı kursantlar ilə görüşüb.
Zakir Həsənova məktəbin fəaliyyəti və buradakı təlim-tədris prosesi barədə ətraflı məlumat verilib. Nazir kursantlarımızın hazırlıq səviyyəsi ilə maraqlanıb və onlara tövsiyələrini verib.
Görüşdən məmnunluğunu ifadə edən general-polkovnik Zakir Həsənov ölkələrimizdə ordu quruculuğu prosesində hərbi təhsil ocaqlarının rolunu xüsusi vurğulayıb.
Sonda Azərbaycan nümayəndə heyəti kursantlarla birgə nahar edib.