ORDU
Müdafiə Nazirliyi hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələrlə bağlı açıqlama yayıb
![Müdafiə Nazirliyi hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələrlə bağlı açıqlama yayıb](/files/2021/1/1200x630/16146930023723262630_1200x630.jpg)
Bakı, 2 mart, AZƏRTAC
Postmüharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq, müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Əmrə əsasən Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a açıqlamasında qeyd olunub.
Məlumatda bildirilib ki, işğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.
Qeyd edək ki, əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [13:17]
Azərbaycan Ordusunun yaranma tarixi və Zəfər salnaməsi
- 28.06.2024 [09:59]
Azərbaycan və Serbiyanın hərbi ekspertləri arasında görüş keçirilib
- 27.06.2024 [17:21]
Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər
- 27.06.2024 [16:15]
“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub
- 27.06.2024 [10:35]