ORDU
Müdafiə Nazirliyi psixoloqlarının və yerli icra hakimiyyəti nümayəndələrinin şəhid ailələrini ziyarətləri davam edir
Bakı, 12 mart, AZƏRTAC
Vətən müharibəsi zamanı şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların, yaralanmış qazilərin ailə üzvlərinin Müdafiə Nazirliyinin mütəxəssis-psixoloqları, yerli icra hakimiyyəti nümayəndələri və “Əsgərə xatirə kitabı” layihəsinin rəhbərliyi tərəfindən ziyarət olunması davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ziyarətlər zamanı ailələrin sosial problemləri öyrənilir və onlara psixoloji dəstək fəaliyyəti həyata keçirilir.
Müdafiə Nazirliyinin zabitləri və dövlət qulluqçuları Şamaxı, İsmayıllı, Ağdaş və Şəki yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, həmçinin “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva və icraçı direktoru Məltəm Şıxəliyeva psixoloji yardıma və reabilitasiyaya ehtiyacı olan şəxsləri müəyyənləşdirərək, onların problemlərinin həlli üçün ünvanlı maddi yardım göstərib və psixoloji dəstək tədbirləri həyata keçirib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.