Müdafiə Nazirliyinin nümayəndə heyəti beynəlxalq təhlükəsizlik konfransında iştirak edəcək
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin başçılığı ilə nümayəndə heyəti aprelin 4-5-də Moskvada keçiriləcək VII beynəlxalq təhlükəsizlik konfransında iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil ediləcək beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Plenar iclaslarda təhlükəsizliyin regional aspektləri, dövlətlərin təhlükəsizliyi üçün yaranan təhdidlərə qarşı cavab tədbirləri üzrə hərbi qurumların fəaliyyətlərinin regional xüsusiyyətləri və bir sıra digər məsələlər müzakirə ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]
Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə məşqlərin gedişatını izləyib VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]