QAN YADDAŞI
Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib VİDEO





Bakı, 20 yanvar, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.