Müdafiə Nazirliyinin rəhbər heyəti ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ulu öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad olunub.