Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə şəhid zabitin anım günü qeyd edilib

Bakı, 1 avqust, AZƏRTAC

Müasir Azərbaycan Ordusunun yaranmasında, formalaşmasında ulu öndər Heydər Əliyevin 50 il öncə əsasını qoyduğu indiki Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirməsi olan yüzlərlə peşəkar zabitin müstəsna xidmətləri vardır. Xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu hərbi təhsil ocağının yetirmələri respublikamızın ərazi bütövlüyünün qorunması və bərpasında fəal iştirak edib. Onlar həm Birinci Qarabağ, həm də İkinci Qarabağ - Vətən müharibəsində bütün cəbhələrdə əsl qəhrəmanlıq, igidlik nümunələri göstərərək Azərbaycanın şanlı hərb tarixinə parlaq səhifələr yazıblar.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hərbi liseyin məzunu olmuş beş minə yaxın kursant müxtəlif ali hərbi təhsil müəssisələrində zabitlik peşəsinə yiyələnmiş və bu gün də Silahlı Qüvvələrin bütün strukturlarında şərəflə xidmət edir, dövlətimizin təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasında səylərini əsirgəmirlər.

“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən, eləcə də bu müharibədə hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə ucalan igidlərin sıralarında C.Naxçıvanski adına hərbi liseydən pərvazlanan neçə-neçə igid döyüşçü zabitin də adı var. Onlardan biri də kapitan Həmid Kərim oğlu Cəfərlidir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kapitan Həmid Cəfərli 1990-cı il avqustun 1-də Bakı şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Azərbaycan Ordusunun nümunəvi zabitlərindən biri kimi üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib.

O da Vətənə xidmət peşəsini - zabitlik peşəsini seçən silahdaşları kimi böyük arzularla yaşayırdı. Füzuli uğrunda döyüşlərdə cavan ömrü yarıyolda qırılsa da, bütün şəhidlərimiz kimi onun da qanı yerdə qalmadı, arzuları həyata keçdi, intiqamı döyüş meydanında alındı. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyümüzü bərpa etdi, düşməni torpaqlarımızdan qovdu”.

Şəhid kapitan Cəfərlinin ad günündə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, ailə üzvləri, xüsusi təyinatlı təhsil müəssisələrinin, xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri İkinci Şəhidlər xiyabanına gələrək şəhid Həmid Cəfərlinin məzarını ziyarət edib, qarşısına Müdafiə Nazirliyinin adından çələng qoyublar.

Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani şəhidin qısa, lakin hər bir gənc üçün örnək olan həyat və döyüş yolu barədə ətraflı məlumat verib, Vətənə Həmid kimi igid oğul bəxş edən valideynlərə nazirliyin rəhbərliyi adından minnətdarlıq edib.

Ziyarətçilərin nəzərinə çatdırılıb ki, gənc zabit H.Cəfərli 2012-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursunu” müvəffəqiyyətlə bitirdikdən sonra tabor komandirinin müavini vəzifəsinə və “kapitan” hərbi rütbəsinədək yüksəlib. Xidmətləri həmişə layiqincə qiymətləndirilib. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” medallarına layiq görülüb.

Vətən Müharibəsinin ilk günündən komandiri olduğu mexanikləşdirilmiş bölüyün şəxsi heyəti ilə birlikdə döyüş meydanlarına atılaraq Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlar zamanı qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirib.

Qeyd olunub ki, 2020-ci il oktyabrın 5-də kapitan Cəfərli növbəti döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Onun nəşi Bakı şəhərinə gətirilərək böyük izdihamın iştirakı ilə son mənzilə yola salınıb.

Üç övladı yadigar qalan şəhid Cəfərlinin xidmətləri də ölümündən sonra dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib və o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə “İgidliyə görə”, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə üç döyüş medalı ilə təltif olunub.

Şəhidin ad günü münasibətilə keçirilən tədbirdə vurğulanıb ki, onun əmisi oğlu gizir Orxan Cəfərli də Vətən müharibəsinin şəhidlərindəndir. Gizir O.Cəfərli dağ-atıcı taqım komandirinin müavini kimi Murovdağın strateji yüksəkliklərinin və Kəlbəcərin azad olunması uğrunda döyüşlərdə şəxsi igidlik nümunələri göstərib.

Kapitan H.Cəfərlinin xidmət etdiyi hərbi hissənin komandiri, hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidmətini davam etdirən müharibə qazisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlamov, şəhidin döyüşçü dostlarından Mahir İbrahimov, Murad Şirinov, Qurban Dostəliyev onun haqqında cəbhə xatirələrini söyləyiblər.

Xətai rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsini icra edən Pənah İmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan kapitan Anar Məmmədov çıxış edərək şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən qayğıdan danışıb və şəhid Cəfərlinin də ailəsinin həmişə diqqətdə saxlandığını qeyd ediblər.

Şəhid ailələrinə Müdafiə Nazirliyinin nəşri olan A.Qurbaninin “Vətən müharibəsi şəhidləri” adlı kitabının nüsxələri təqdim edilib.

Şəhidin atası Kərim Cəfərli, əmisi Etibar Cəfərli və dayısı, Birinci Qarabağ müharibəsinin veteranı, “Azərbaycan Bayrağı” ordenli ehtiyatda olan polkovnik Elmar Hüseynov Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına göstərilən ehtirama görə minnətdarlıq ediblər.

Şəhidlər xiyabanında keçirilən tədbir şəhidin vaxtilə yaşadığı Xətai rayonu İnqilab İsmayılov küçəsi - 7 ünvanındakı binaya vurulan xatirə lövhəsinin açılışına həsr olunmuş təntənəli mərasimlə davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb