Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Şuşada kitab təqdimatı keçirilib

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə kitab təqdimatı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşhur “Gəncə qapısı” tarixi memarlıq abidəsinin qarşısına toplaşan 44 günlük Vətən müharibəsinin iştirakçıları və ölkəmizin mirvarisi olan gözəl Şuşamızın müdafiəsində bu gün də mərdliklə dayanan Azərbaycan Ordusunun hərbi qulluqçuları əvvəlcə xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin, Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin xatirəsini hörmət və ehtiramla yad ediblər.

Hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini polkovnik Elşad Əbilov bu gün Şuşada kitab təqdimatı keçirilməsinin heç də təsadüfi olmadığını qeyd edərək bildirib ki, Şuşada tarixən elmə, təhsilə, ədəbiyyat və incəsənətə böyük maraq olub. Vaxtilə burada zəngin muzeylər, kitabxanalar fəaliyyət göstərib. “Məclisi-üns”, “Məclisi-fəramuşan” poeziya məclislərində onlarla şairlər formalaşıb, püxtələşib, inkişaf edib. Yurdumuzun bu füsunkar guşəsi Azərbaycanın mədəniyyət xəzinəsinə görkəmli rəssam, şair, alim Mir Möhsün Nəvvab, şairə və rəssam Xurşidbanu Natəvan, ədəbiyyatımızda tarixi dram janrının banisi Əbdürrəhim bəy Haqverdiyev, milli dramaturgiyamızda faciənin əsasını qoyan Nəcəf bəy Vəzirov, ilk ədəbiyyat tarixçisi, maarifçi, Qori və Qazax seminariyalarının müdiri Firudin bəy Köçərli, satirik şerimizin təməlini qoyanlardan biri Qasım bəy Zakir, Şərqdə ilk operanın banisi, böyük dramaturq, musiqili komediya janrının yaradıcısı, qüdrətli publisist Üzeyir Hacıbəyli, ilk tarixi romanlar müəllifi Yusif Vəzir Çəmənzəminli, Azərbaycan dövlətçiliyinin ilk nəhəng ideoloqlarından biri, yazıçı-publisist, alim, erməni terrorizminə qarşı ilk türk “Difai” milli təşkilatının yaradıcısı Əhməd bəy Ağayev və neçə-neçə böyük sənətkarlar bəxş edib.

Nəzərə çatdırılıb ki, Şuşa və şuşalılar zaman-zaman yadellilərin hücumlarına məruz qalsalar da, tarixin sərt sınaqlarından uğurla çıxıb, bu müqəddəs torpağı canları, qanları bahasına mərdliklə qoruyublar.

Ötən il Ermənistanın təxribatlarına cavab olaraq dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı ilə başladığımız Vətən müharibəsi məhz Şuşanın işğaldan azad edilməsi ilə - Zəfərlə başa çatıb.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayaraq məlumat verib ki, müəllifi olduğu “Vətən müharibəsi şəhidləri” nəşri yeddi kitabdan ibarət olacaq və bu kitablarda Vətən müharibəsində şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan üç minə yaxın şəhidimizin həyatı, Vətənə sədaqətli xidmətləri və şanlı döyüş yolu barədə ətraflı məlumatlar veriləcək.

Birinci kitab Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə çıxış edərkən dediyi bu fikirlərlə başlanır: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı...”

Təqdim olunan 800 səhifəlik ilk kitabda Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinin əbədiyaşar ömürlərinə çıraq tutulur. Bütün cəbhələrdə, eləcə də Şuşa istiqamətində, Şuşa şəhərində son gülləyə, son nəfəsədək vuruşan qəhrəman şəhid döyüşçülərimiz ehtiramla xatırlanır. Nə qədər müstəqil Azərbaycan dövləti var, nə qədər qədirbilən xalqımız var onlar heç vaxt unudulmayacaq, xatirələri əziz tutulacaq, adları əbədiləşdiriləcək, bu kimi nəşrlərdə, ürəklərdə yaşayacaqlar.

Kitabın ilk nüsxələri Şuşaya qədər şərəfli döyüş yolu keçmiş və xidmətləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə yüksək qiymətləndirilmiş, orden-medallara layiq görülmüş hərbi qulluqçular Tural Qocayev, Elçin Hüseynov, Cavid Mustafayev, Yusif Əlizadə, Şamxal Novruzlu, Nizam Aydəmirova və hərbi hissənin kitabxanasına hədiyyə edilib.

Aprel döyüşlərinin, o cümlədən Vətən müharibəsinin qəhrəman iştirakçılarından olan reaktiv - artilleriya batareyasının komandiri Elçin Hüseynov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid Nizami Aydəmirovla birgə döyüşlərdə fəal iştirak edən qardaşı əsgər Nizam Aydəmirov çıxış edərək şəhidlərin intiqamını artıqlaması ilə aldıqlarını və bu gün də Müzəffər Ali Baş Komandanın əmri ilə istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadir olduqlarını vurğulayıblar.

Müəllif və tədbir iştirakçıları yüksək keyfiyyətdə və nəfis tərtibatda çapdan çıxan “Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabın nəşrə hazırlanmasında və işıq üzü görməsində göstərdiyi xeyirxah köməyə görə Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəhbərliyinə, eləcə də “Apostrof-A” nəşriyyatının kollektivinə minnətdarlıq ediblər.

Qeyd edək ki, “Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabın nüsxələri 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününədək şəhid ailələrinə, respublikanın mərkəzi muzey və kitabxanalarına hədiyyə olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb