Müəllimlər müasir təlim texnikaları barədə məlumatlandırılıblar
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan Universitetində müəllimlər üçün “Müasir interaktiv təlim metodları” mövzusunda təlim keçirilib. “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunan təlimi Azərbaycan Universitetinin rektorunun məsləhətçisi Əli Həsənov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, sosial iş fakültəsinin dekanı Aygün Musayeva və monitorinq üzrə mütəxəssis Elçin Cəfərov aparıblar.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, təlimdə klassik və müasir təlim metodları qarşılıqlı müqayisə olunub. İştirakçılar öyrənmə tipləri və məlumatın ötürülməsi üsulları barədə məlumatlandırılıblar. Vurğulanıb ki, müasir çağırışlarda müəllimdən mühazirəçi yox, fasilitator olması gözlənilir.
Sonda müasir interaktiv təlim texnikalarının hər biri haqqında ətraflı məlumat təqdim olunub. Qeyd edilib ki, bu texnikalar tədrisin səmərəliliyinə müsbət təsir göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.09.2026 [14:56]
İnşaat Kollecində 2026/2027-ci tədris ili üzrə qəbul göstəriciləri açıqlanıb
- 14.09.2026 [14:41]
Məktəb çantası seçimi: Uşağın sağlamlığı üçün nələrə diqqət edilməlidir?
- 14.09.2026 [13:20]
BŞTİ-nin tabeliyindəki məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
- 14.09.2026 [12:24]
Təhsil işçiləri üçün peşəkar inkişaf təlimi
- 14.09.2026 [12:22]
Ələkbər Salahzadənin yaradıcılığı haqqında tədqiqat əsəri işıq üzü görüb
Bəzi yerlərdə duman olacaq
- [12:25]
Bu saata olan əsas xəbərlər
- [12:00]
DTX-nin rəisi Çinə səfər edib
- [11:00]